Mənim üçün həmişə ideal insan cəsur, zülmün, haqsızlığın qarşısında susmayan, özünün və başqalarının hüquqlarını qorumağı bacaran, dürüst, ölüm qarxusu qarşısında belə dilinə yalan gətirməyən, haramdan uzaq, başqalarının çörəyinə bais olmayan, xeyirxah şəxsdir. Orta məktəbin son siniflərində oxuyanda bu mövzuda bizə inşa yazdıranda, sinif yoldaşlarımın əksəriyyəti tanınmış adamlardan bəhs edər və onlar kimi olmağı arzu etdiklərinı qeyd edərdilər. Mənim üçün isə həyatda hər zaman tək bir ideal olub. Atam təkcə valideyn kimi deyil, bir şəxsiyyət olaraq da ömrüm boyu yegənə kumirimdi. Onun tək qüsuru kömhövsələ və tez inciyən olması idi. Orta məktəbin son sinfinə qədər nə gündəliyində, nə dəftərlərində, nə də illik cədvəlində bir dənə də 4 qiymət olmayan, 16 yaşında həyatının ilk haqsızlığı ilə qarşılaşan bu kənd uşağı o dövrdə heç kimin gözləmədiyi bir addım atır.
Yüksək vəzifəli bir nəfərin qızını 10-cu sinifdə şəhər məktəbindən çıxarıb adını Qobu qəsəbə məktəbinə qeyd etmişdilər ki, məzun olaraq qızıl medal alsın. Əslində qz məktəbə gəlmədən evdə müəllimləri tərəfindən harızlaşdırılırmış. Lakin qızıl medalı oz haqqı olaraq görən Nəriman evdə valideynlərinin xəbəri belə olmadan Kremlə məktub göndərir və baş verən haqsızlıq barədə məlumat verərək kömək istəyir. Məktəblinin məktubu barədə Bakıya xəbər verilir və bu məsələ çaxnaşma yaradır.
Şəhər partiya komitəsində yeniyetmənin məktubu müzakirə olunur və onun fərdi şəkildə yenidən imtahan edilməsi üçün komissiya yaradılır. Nəriman həm biletə düşən suallara düzgün cavab yazır, həm də dəqiq və humanitar biliklər üzrə verilən bütün əlavə suallara dolğun, ətraflı cavab verir. Onun qeyri-adi biliyi və geniş mütaliəsi hamını heyrətə gətirir. Komissiya üzvləri yekdil qərara gəlir ki, qızıl medal ona verilməlidir. Lakin yazdığı imlada bir hərf səhvi (Moskva sözünü Maskva kimi yazır) onun medal istəyinin üstündən xətt çəkir. Evdə atası onu bu hərəkətinə görə möhkəm danlayır. Nəriman açıq edib evdən gedir. Bir müddət şəhərdə, bacısıgildə qalaraq ali məktəbə sənəd verir və yüksək balla “AZİ”-nin (indiki ADNSU) tələbəsi adını qazanır, tələbə yataqxanasında yaşamağa başlayır. Bir neçə ay sonra valideynləri gəlib onu dilə tutaraq evə aparırlar. Qayıdanda öyrənir ki, onu qonşu qızla nişanlayıblar. Suranı sevməsə də anasının xahişini yerə sala bilmir və həmin qızla evlənir. Qız yaraşıqlı olsa də ötkəmliyi və acı dili Nərimanı bezdirir.
Necə deyərlər, iki qoçun başı bir qazanda qaynaya bilmir. Bu ailə həyatına cəmi 6 ay dözür və həbi xitmətə getmək üçün üçün könüllü ərizə verir. Təhsilini yarıda qoyduğu üçün heyfsilənsə də, bu addımına peşman olmur. Onu Pribaltikaya, hərbi dəniz qüvvələrində xidmət etməyə göndərirlər. O vaxtlar hərbi xidmət müddəti quru qoşunlarda 3 il, dəniz qüvvələrində 5 il idi. Həyatının 5 ili Baltik dnizində, gəmidə keçir. Amma üzə bilmədiyini hamıdan gizlədir. Qısa müddətdə heyətin hörmətini qazanır, hərbi rütbəsi yüksəlir. Amma günlər onun üçün sürətlə keçmir, ailəsi, dostları, tələbə yoldaşları və Bakı üçün möhkəm darıxır.
Bir gün eşidir ki, Riqa kinoteatrlarında “O olmasın. bu olsun” filmi nümayş etdiriləcək. Rəhbərlikdən icazə almaq istəsə də kapitanın erməni esilli müavini ona icazə kağızı vermir. Deyir ki, buraxmasanız gəmidən atılıb üzə-üzə sahilə çıxacağam. Onun sözünü ciddiyə almırlar. Nəriman hirsindən özünü dənizə atır bə batmaq təhlükəsi ilə üzləşir. Onu sudan çıxarıb kapitanın yanına aparırlar. Kapitan ondan bu hərəkətinin səbəbini soruşanda əzizləri və doğma şəhəri üçün çox darıxdığını, Azərbaycan filminə baxmaq üçün icazə kağızı istədiyini və müavinin onun xahişinə rədd cavabı verdiyini deyir. Kapitan gəncin bu halını başa düşür və ona şəhərə getməyə izin verir.
İllər keçir və gənc xidmətini baş vurub qayıdandan sonra öyrənir ki, Sura qızı Tamillanı ata-anasının üstünə atıb rayonlardan birinə gəlin köçüb. O təhsilinə davam edir. Bacısı ilə birgə fabrikdə işləyən qaragöz-qaraqaş, uzun hörüklü Əminəni görən kimi ilk baxışdan ona vurulur. Qız da ona etinasız qalmır. Tez-tez gəzməyə çıxaraq bir-birlərini tanımağa çalışırlar. O vaxt Bakl bulvarındakı saat qülləsindən gənclər paraşütlə atılırdılar. Nəriman özünü qıza göstərmək, onun gözündə cəsur görünmək üçün üçün qüllədən atılmağı qərara gəlir.
Halbuki onda yüksəklik fobyası varmış. Amma məhəbbət nələrə qadır deyil ki? Nəriman qüllənin ən hündür mərtəbəsindən atılaraq qızın qəlbini fəth edir. Lakin atası qızını uşaqlı dul adama ərə vermək istəmir. Nəriman gələcək qaynatasının razılığını almaq üçün gecə gündüz onların qapısından ayrılmır. Onun bu inadkarlığı qızın atasının xoşuna gəlir və evlənmələrinə razılıq verir. Əminə Tamillaya 9 yaşa qədər öz qızı kimi baxır, uşaq da ona öyrəşir. Lakin ana nənəsi gəlib nəvəsini onlardan alır. Nərimanın Əminədən qız övladı doğulur və ona Şəhla adı verir.