Axtarış...

Sağlam olmağın 12 VACİB ŞƏRTİ

Sağlam olmağın 12 VACİB ŞƏRTİ

Şərq təbibləri sağlam olmaq üçün 12 şərtə riayət etməyi vacib sayırlar. Və bu şərtləri sağlamlığın əlifbası kimi dəyərləndirirlər. Onlar olduqca sadə və asandır.
"Ölkə.Az" modern.az-a istinadən sağlamlıqla bağlı növbəti yazıda şərq loğmanlarının tövsiyələrini təqdim edir.

1. İnsan üzünü tez-tez masaj etməlidir. Olduqca asan bir məsələdir. Bunu televizora baxarkən, maşında gedərkən, kitab oxuyarkən, səhərlər yataqda yer dəmi alarkən, bir sözlə günün çox vaxtlarında etmək mümkündür.

2. Tez-tez saçları daramaq lazımdır. Bunun üçün də xüsusi bir vaxt tələb olunmur. Darağı cibdə və ya çantada saxlamaqla gün ərzində bir neçə dəfə bir-iki dəqiqə bu işə vaxt ayırmaq olar.

3. Gözlər daima hərəkət etməlidirlər. Yəni insan uzun müddət gözlərini bir nöqtəyə zilləməməlidir. Hətta kompüter qarşısında olanda da arada fasilə verib gözlərin gimnastikasına vaxt ayırmaq lazımdır.

4. Ağız bağlı olmalıdır. Danışıq və qida qəbulu zamanı istisna olmaqla. Bu o deməkdir ki, ağzını ayrıq qoyan insanın ağız bişluğuna ona lazım olmayan mikroblar düşə bilər.

5. Ağız boşluğunda həmişə tüpürcək olmalıdır. Yəni tez-tez tüpürmək olmaz. Bu həm mədəniyyətsizlikdir, həm də ağız boşluğunun quraqlığına səbəb olur.
6. Nəfəs yüngül olmalıdır. İnsan çalışmalıdır ki, oturanda, yaxud uzananda elə vəziyyətdə olsun ki, nəfəsalma çətinləşməsin. Digər bir tərəfdən nəfəsin yüngül olması üçün mənzilin və ya iş otağının havası tez-tez təmizlənməlidir.
7. Ürək sakit olmalıdır. Bunun üçün insan panikalardan, dedi-qodulardan, paxıllıq hissindən, qəzəbdən uzaq olmalıdır. Və ən əsası baş verən hadisələrə soyuqqanlı yanaşmalıdır.

8. Şüur həmişə mövcud olmalıdır. İnsan öz həyat tərzinə, yaşamına, əməllərinə şüurla yanaşmalıdır.

9. Qamət həmişə düz olmalıdır. İnsan maraq dairəsindəki əşyalarla məşğul olanda bu cansız əşyalara sevgisini, hərisliyini, marağını belini əyməklə əks etdirməməlidir. Müasir dövrdə bu sevimli əşyaların siyahısında birinci yerdə smartfonlar və planşetlər durur.

10. Qarnı tez-tez sığallamaq lazımdır. Başqa cür ifadə etsək əl ütüsü çəkmək. Bu da öz növbəsində qarın nahiyəsinin masajıdır. Amma bunu tək olanda etmək lazımdır.

11. Söhbət yığcam olmalıdır. İnsan uzun-uzadı danışanda həm qarşısındakı insanı, həm də özünü yorur ki, bu da qıcıqlanmaya səbəb olaraq sinir sisteminə mənfi təsir göstərir.

12. Dəri həmişə nəm olmalıdır. Dərinin quru olmağı tez qocalmaya, dəri hüceyrələrinin tez məhv olmasına səbəb olur. Bunun görə də insan dərisinin nəmliyini təmin etmək üçün təbii vasitələrdən istifadə etməlidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz