Axtarış...

Təvəkkülün insan həyatında 6 faydası

Təvəkkülün insan həyatında 6 faydası


Təvəkkül, yəni Allah Təalaya qəlbən etimad etmək, Ona söykənməkdir. Allaha təvəkkül edən insan Onu həyatında olan tək Qüdrət Sahibi hesab edir. Əgər bu etiqadı möhkəm imanla birlikdə həyatında əmələ çevirə bilərsə, çətinliklər insana asan görünər. Depressiya və ruhi xəstəliklərdən uzaq olar. Ona görə də Allaha təvəkkül etmək - özünə həqiqi dayaq tapmaq deməkdir. İnsan özünə ən yaxşı müdafiə edəni seçir. Bunu qeyd etmək lazımdır ki, Allaha təvəkkül edən insan bu yolda səy etməzsə, nəticə əldə edə bilməz. İnsan qəlb etiqadı ilə bir yerdə, həm də hərəkət etməlidir. Bu zaman istədiyi nəticəyə çata bilər.

Allaha təvəkkül etmək həyatımıza çox sayda səmərə gətirir ki, onlardan 6-na işarə edək:

1. Təvəkkül nicat mənbəyidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Allaha təvəkkül etmək - hər bir pislikdən nicat tapma və hər bir düşməndən amanda qalma mənbəyidir". İnsan həyatın hər bir sahəsində büdrəyə bilər. Bizə bu zaman nicat verə biləcək qüvvə - Allaha təvəkkül etməkdir. İnsan Allaha etimad edərək, bu büdrəmələrdən amanda qalar.

2. Çətinliklərdən nicat tapar.

İmam Əli (ə) buyurur: "Hər kim Allaha təvəkkül edərsə, çətinliklər onun üçün asan olar". İnsan həyatda çox sayda çətinliklərlə üzləşər və buna görə də çarə düşünər. O kəs ki, daxilində Allaha etimad edər, bu çətinliklərə səbir edərsə, Allah bu çətinliklərin həll yolunu ona göstərər və bunun üçün vasitələr hazır edər.

3. Asan ruzi.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allaha təvəkkül edərsə, Allah qazancını kifayət edər və gözləmədiyi yerdən ona ruzi verər". Ruzi Allahın əlindədir. Ancaq o kəslərin ki, Allaha təvəkküləri çoxdur, ruziləri başqaları ilə fərqlənər. Allah ruziyə çatmaq yolunu bu insanlar üçün asan edər.

4. Ehtiyacsızlıq.

İmam Sadiq (ə) buyurur: "Ehtiyacsızlıqla izzət hər yeri gəzər, təvəkkül olan yeri tapanda orada qərar tutarlar". İlahi sünnət belədir ki, Allaha təvəkkül edənlər ehtiyacsız olmalıdır. Bu insanlar heç kəsə möhtac olmazlar.

5. Qələbə.

İmam Baqir (ə) buyurur: "Hər kim Allaha təvəkkül edərsə, məğlub olmaz. Hər kim Allaha təvəssül edərsə, əzilməz". Allaha təvəkkül etmək qələbənin rəmzidir. Həyatın məğlubiyyətlərindən nicat tapmaq deməkdir. Allaha təvəkkül edən insan Ona söykəndiyi üçün heç bir qorxu hiss etməz. Peyğəmbərlər (ə) də belə idi.

6. Üstün qüdrətə çatdırar.

İmam Kazım (ə) buyurur: "Hər kim qüvvətli insan olmaq istəyirsə, Allaha təvəkkül etsin". Allaha təvəkkül edən insana Allah həmişə yardım edər. Onu insanların ən güclüsü edər.

Allah Təala bizləri təvəkkül əhlindən qərar versin.
Text-to-Speech

DİNLƏ






Şərh yaz