Axtarış...

Keçmişdən gələn səslər-Yada düşər xatirələr...

Keçmişdən gələn səslər-Yada düşər xatirələr...
Hər zaman səbirsizliklə gözlədiyim Qəzənfər dayı isə olduqca maraqlı insan idi. Onun söhbətləri həmişə məni çəkirdi. O vaxt saat 9 olan kimi uşaqları yatmağa göndərirdilər. Amma mən yerimdən qalxıb budaqları eyvana uzanan albalı ağacına çıxar, onun qalın budaqları arasında gizlənib ağacın altında qoyulmuş masa ətrafında danışılan söhbətlərə qulaq kəsilirdim. Dayday Üzeyir bəydən söhbət açmağı sevərdi. Elə Məşədi İbadı 50 yaşda qoca göstərdiyi üçün sonradan peşmançılığını dilə gətirməsi söhbətini də ilk dəfə ondan eşitmisdim. Bu söhbəti Üzeyir bəy 50 illik yubileyi münasibətilə dostları ilə birgə qurduğu məclisdə deyibmiş:”Mən 20 yaşlarda bir gənc idim, o illərdən baxanda 50 yaşlı adam mənə çox qoca görünürdü. Lakin özüm 50 yaşa çatanda başa düşdüm ki, 50 yaş qocalıq üçün hələ çox tezdir”. Onunla bağlı sohbətlərində bir epizod da az maraq kəsb etmir. Qəzənfər Xalıqov "Molla Nəsrəddin" jurnalında çalışdığı illərdə Müsavatın üzvü olmuşdu. 37-ci ilin repressiyaları başlayanda növbə ona da çatmışdı. Keçmişdən gələn səslər-Yada düşər xatirələr...Həbs ediləcəyini dostuna xəbər verən Üzeyir bəy ona Moskvaya gedib Stalinin qəbuluna düşməyi məsləhət görür. Özü ilə təkcə Nizami Gəncəvinin portretini götürüb soyuq yük qatarında 3 günə Moskvaya çatır. Orda onun etibarlı, rəssamlıq məktəbində birgə oxuduğu dostları vardı. Onların köməyi ilə Stalinin qəbuluna düşür. "Ellər atası"onu dinləyib Bağırova zəng edir və Xalıqovun cəkdiyi rəsmi tərifləyərək onu təltif etməyi tapşırır. Beləliklə Qəzənfər Xalıqov Stalinin sayəsində həbsdən qurtulur. Stalin barədə danışarkən onu olduqca sərt, qaraqabaq adm zənn etdiyini, amma dayımla mehribanlıqla söhbət edərək ona Bakidakı vəziyyətlə bağlı suallar verdiyini deyirdi. Qəzənfər dayının İstəkli dostlarından biri də Bülbül olub.Keçmişdən gələn səslər-Yada düşər xatirələr... Koroğlu obrazı üçün çəkdiyi geyim cizgilərini də məhz onun görkəminə uyğun yaradıbmış. Mürsəl Nəcəfovun onun barəsində yazdığı kitabda həmin şəkilləri gostərib Bülbülün o vaxt həmin geyimdən olduqca razı qaldığını söylərdi. Həmin kitabda "Sehrli xalat" filmindəki personajların geyimləri də yer almışdı. Dayim həmin filmin geyim üzrə rəssamı olmusdu. Mən uşaq vaxtı çox yetik, hər şeylə maraqlanan idim. Bir dəfə onun həmişə yanında gəzdirdiyi çantanı həyətdəki kürsünün üstündən götürüb xəlvətə çəkildim. Açıb içində nələr olduğuna baxmaq istəyirdim. Nə qədər çalışdımsa qıfilli çantanı aça bilmədim. Çantanı yerinə qoyanda anam gördü və məni cazalandırmaq istəyəndə dayday mane oldu.Anama dedi ki, hər şeylə maraqlanmaq əslində yaxşı əlamətdir. Gələcəkdə bu qızdan nəsə çıxacaq. Sonra cibindən çox balaca, qəribə bir açar çıxarıb çantanı açdı. İçi çizgilər çəkilmiş rəsm vərəqları ilə dolu idi. Cizgiləri ondan alıb doyunca baxdım. Dahi şairlərin rəsmləri, “Molla Nəsrəddin” lurnalnda gördüyüm karikaturalar, Bülbülün Koroğlu geyimində dağ başında, at üstündə, sinəsində saz olan bir neçə şəkli, filmlərdən illüstrasiyalar... Soruşdum ki, bu çizgiləri niyə çantasında dayır? Dedi ki, Mürsəl Nəcəfov haqqımda kitab yazacaq, axşam onunla görüşıb bunları ona verəcəyəm.Keçmişdən gələn səslər-Yada düşər xatirələr...
O, samovar çayını mürəbbə ilə içməyi sevərdi. Tez -tez çay süzüb ona gətirər, yanında oturub gözlərimi ağzına dikərdim. Bir dəfə məni diqqətlə süzüb, " hec sənə fikir verməmişəm, sənin necə də ifadəli siman var" deyib cantasından ağ rəsm vərəqi və karandaş çıxardı. Məni qarşısında oturdub vərəqdə nəsə çəkməyə başladı. 20 dəqiqə keçmədən vərəqi mənə uzatdi. Mənə söylədi ki, sənin siluetini çəkdim, bunu itirmə və yadıma sal ki, imkan tapan kimi portretini də işləyim. Elə sevindim ki...Ən xırda ayrıntılarına qədər üz cizgilərimi olduğu kimi vermişdi. Mən o gecə sevinc və həyacandan yata bilmədim. (O vərəqi kimsə məktəbdə çantamdan oğurladı və sonradan bu barədə ona xatırlatmağa utandım.)


Ardı var
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz