Axtarış...

Keçmişdən gələn səslər-Qan düşmənliyi, bacısını qumarda uduzan qardaş, övlad qatili ata

Keçmişdən gələn səslər-Qan düşmənliyi, bacısını qumarda uduzan qardaş, övlad qatili ata
Bəzən adama qəribə gəlir. Yaşlandıqca insanın hafizəsi zəifləyir. Dunən baş verənləri bu gün xatırlamırsan. Amma necə işdirsə 30-40 il əvvəl olanlar, eşitdiyin əhvalatlar kino lenti kimi yaddaşından silinmir. Onilliklərin arxasında qalan o acılı- şirinli xatirələr unudulumur.
Nəvələri onların yanına gəlib dinməz- söyləməz üzlərinə baxanda babamla nənəm dərhal anlayırdılar ki, uşaqlar darıxır, nağıl payı istəyirlər. Böyük qardaşım Rasim və böyük bacım Şəhla nağıl axşamlarına qatılmazdılar. Onların öz maraq dünyaları vardı. Qardaşım dostları ilə vaxt keçirər, bacım isə içəri otaqda yerini rahatlayıb məktəbdən gətirdiyi təzə kitabı oxumağa başlayardı.Keçmişdən gələn səslər-Qan düşmənliyi, bacısını qumarda uduzan qardaş, övlad qatili ataO, cəkkizinci sinifdə, mən isə dördüncü sinifdə oxuduğumuz üçün kitabxanadan mənə yalnız uşaq kitabları verilirdi. Mən isə artıq kitabxanada bir dənə də uşaq kitabı qoymamışdım. Endersen, Qrimm qardaşlarından tutmuş, Azərbaycan nağıllarına, dünya uşaq ədəbiyyatının çoxcildliklərinə qədər oxunmamış kitab qoymamışdım. Gözləyirdim ki, bacım yyuxuya getsin, mən gizlicə yeni romanı göturum oxuyum. Gecələr şam və kibrit götürüb mətbəxdəki iri masanın altına girər, şamı yandırıb mütaliəyə başlayırdım. bacımın 3-4 günə sona çatdırdığı qalın kitabı mən 2-3 saata başa vurar, son cumləni oxumadan yatmağa getməzdim. Mən bacımdan daha sürətlə oxuyurdum. Babam mənə 4 yaşımda olanda oxuyub yazmaq öyrətmilşdi. “Kommunist” qəzetinin iri səhifələrini onun üçün birnəfəsə oxuyurdum. Məktəbə gedəndə sinif yoldaşlarım hərfləri öyrəndikləri vaxt mən partanın altında gizlicə kitab oxuyurdum.Keçmişdən gələn səslər-Qan düşmənliyi, bacısını qumarda uduzan qardaş, övlad qatili ata
Adətən nağıl axşamlarında babam bizi intizarda qoymadan sözə başlardı. Bu nağılların müqəddiməsi isə uzun çəkirdi. “ Az getdim, çox getdim, dərə-təpə düz getdim,””Hamam hamam içində, xəlbir saman işində, dəvə dəlləklik edər, kohnə hamam içində” və yaxud “Şahdan gələn nökərəm, dinmə -qabırğalarını sökərəm” .Balacalar bu deyimləri sevərdilər , mən isə tələsir və babamın tez mətləbə keçməsini istəyirdim. O gecə babam nağıla başlayar- başlamaz dilxor oldum. Bu nağılı artıq eşitmisdim və orda durmayıb həyətə çıxdım. Nənəm də arxamca gəldi və biz ağacın altındakı masanın arxasında oturub söhbət eləməyə başladıq. Nənəm mənə qəribə bir əhvalat danışdı:”Mənim ən yaxın rəfiqəm qonşumuz idi. Qardaşı arvadı cavan olsa da kisilər kimi tüfəngdən istifadə etməyi bacarır, bizim qaldırmağa gücümüz çatmadığı ağır əşyaları çöp kimi çiyninə alıb daşıyırdı. Heç nədən qorxmazdı. Keçmişdən gələn səslər-Qan düşmənliyi, bacısını qumarda uduzan qardaş, övlad qatili ataZeynəb tərəkəmə qızı idi. Yaylağa dincəlməyə gedən bakılı gənc qızı görən kimi ona vurulmuş, qız da ona etinasız qalmamışdı. Birlikdə qaçıb Bakiya gəlmişdilər. Biz isə gözəllikdə tayı bərabəri olmayan bu qızın sevgisi yolunda atdığı cəsarətli addıma mat qalmışdıq. Şəhər qızları kimi solğun deyildi, qırmızı yanaqları ona xüsusi gözəllik verirdi. Çox güclü biləkləri vardı. Bəzən zarafatyana bizi yerə yıxar, güclü qollarının arasından çıxa bilməyib çabalaya-çabalaya qalırdıq. Biz dəfə evdə rəfiqəmlə ikilikdə söhbət edəndə Zeynəb bizə gəldi. Çox həyacanlı görünürdü. Axşam baş verənləri bizə danışanda məəttəl qaldıq. (Rəfiqəm gecə bizdə qalmışdı və olanlardan xəbəri yoxdu.) Zeynəb danışdı ki, gecayırı həyətdən səs gəldiyini eşidib və dışarı çıxıb. Hasarın yanında ağa bürünmüş nəsə görüb. Yaxına gəlib baxanda 17 -18 yaşlarında yarıçıpaq qızın yerdə bayılıb qaldığnı görüb. Büründüyü döşəkağı cırıq-cırıq və qan içində olub. Zeynəb tez hay salıb evdəkilərə xəbər edib. Qızı içəri aparıb həkim çağırıblar. Özünə gələndə başına gələnləri danışıb. Demə, Mələk şəhərin varlı-hallı tacirlərindən olan Həsənəli ağanın qızı imiş. Qızın sözlərinə görə, onu quldurlar oğurlayıb qonşu binaya gətiriblər ki, atasından girov pulu alsınlar. Üst patarlarını əynindən çıxartdırıblar ki, qaça bilməsin. Amma quldurlar nədənsə qızın boyun boğazında olan bahalı ziynət əşyalarına toxunmayıblar. Qızı ikinci mərtəbədəki otağa salıb qapını arxadan bağlayıblar. Mələk yataqdakı döşəkağından özünə paltar düzəldib və pəncərəni sındıraraq meynə talvarının üstünə atılıb, ordan isə sürüşüb yerə düşüb. Şüşə qırıqları və meynələrin budaqlarından bədəni kəsik-kəsik olub. Yaralı olmasına baxmayaraq ayağa qalxıb və qonşu hasarı aşaraq Zeynəbgillin həyətinə düşməyi bacarıb. Keçmişdən gələn səslər-Qan düşmənliyi, bacısını qumarda uduzan qardaş, övlad qatili ata
Ondan sonrasını qız xatırlamırdı. Çünki huşunu itirmişdi. Qızın atasına və jandarmaya xəbər veriləndən sonra atası gəlib onu evlərinə aparıb. Jandarma isə Mələyin nişan verdiyi evdə heç kimi tapmayıb. Ev yiyəsi öldüyünə görə, evdə 4-5 ay olarmış ki, heç kim yaşamırmış. Nənəm dedi ki, Mələyin əhvalatı ona o qədər də inandırıcı gəlməyib. Əsil həqiqəti isə bu barədə atasına danışanda öyrənib.


Ardı var


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz