Uşaqlıq illərindən yadımda qalan xatirələr çoxdur. Evimiz çox qonaq-qaralı olurdu. Mən isə gəlişinə sevindiyim iki qonağın yolunu həmişə səbirsizliklə gözləyirdim. Anamın atası Əli babam və atamın dayısı Qəzənfər dayı mənim çox sevdiyim insanlardı. Babam gələndə bizə dadlı şirniyyatlar, müxtəlif hədiyyələr alıb gətirirdi. 7 bacı -qardaşdan mənə macal qalmayan şəfqət və sevgini də ondan görurdüm. Əli babam Ərdəbil -Sarab tərəfdən idi. Ötən əsrin əvvəllərində şahsevənlər tayfasından olan ailəsi onu 13-14 yaşlarında ikən Bakıya təhsil almağa göndərmisdi. (İranda baş verən İslam inqilabından sonra qardaşlarının çoxu və əksər qohumlar Avropa və ya ABŞ-a köç etdilər.) 7 qardaşın sonuncusu olan Əlini gözlərindən uzağa qoymaq istəmədikləri üçün onu Avropa və ya Rusiyaya göndərməmis, yaxın saydıqları Bakıda oxumağını məsləhət bilmişdilər. Əli babam o vaxt Bakıda yeni açılmış gimnaziyada oxuyur, ailəsi, qardaşları isə ona tez- tez baş çəkirdilər. Sovet hökuməti qurulandan bir neçə il sonra güneydən olanları İrana deportasiya edirlər.
Babam isə o vaxt içərişəhərli Küşvərə vurulub onunla evlənmiş, Bakı qeydiyyatına düşmüsdü. Buna görə geri qayıtmır, dəmiryolcu yetişdirən texnikumu bitirib Biləcəri deposunda işə girir. İllər sonra vəzifəsi böyüyür və deponun rəisi təyin edilr. Gənc xanımı Küşvər 25 yaşında sətəlcəmdən xəstələnib dünyasını dəyişir. 2 yaşlı Müzəffər və 5 yaşlı Əminəyə qənsuluqda olan 4 uşaqlı qadın baxmağa başlayır. Onları vaxtlı -vaxtında çimdirir, yedirdir, qayğıarına qalır. Hətta öz usaqlarını, ərini unudaraq axsamadək yetimlərə, babama qulluq göstərir, yeməklərini bişirir, paltarlarini yuyub ütüləyir.Tezliklə Sübyə adlı bu qadının əri qatar altında qalıb ölür. Babam qadını mehriban və qayğıkeş zənn etdiyi üçün 4 uşağı ilə qəbul edib nigahlı arvadı edir. Qadın babamla rəsmən evləndikdən sonra anaları ölmüz zavallı uşaqlara o qədər qəddarlıqla yanaşır ki, hətta bu zülmə doğma övladları belə etiraz edir, analarından gizlin uşaqlara yemək gətirir, döyəndə əlindən alır, təsəlli verirlər. Qadın iki qızına ev işləri gördürdüyü halda balaca Əminə heyvanların altını təmizlər, qoyun- quzunu yemləyib sonra da toyuq-cücəyə dən verərmiş. Soyuq qış günlərində şaxtadan qızarmış əllləri ilə evə odun daşıyar, quyudan su çəkərdi. Atası bütün günü işdə olduğu üçün balalarının bu zillətini görmürdü.
Müzəffər zalım ögey ananın zülmünə 14 yaşına qədər dözdükdən sonra qaçıb Sumqayıta gedir, peşə məktəbinə düzəlir və oranı bitirdikdən sonra zavodların birində işə girir. Lakin bacısını unutmur, maaşını alan kimi Əminəyə hədiyyələr alaraq onu görməyə gəlir, pul verib özünə paltar almağı tapşırır. Amma yazıq oğlan bilmir ki, o cıxıb gedən kimi Sübyə onun pullarını əlindən alır və qızlarının köhnə paltarlarını bacısına geydirir.
Hərbi xidmərə yola düşən Müzəffər bacısından nigaran qalaraq ona tez-tez məktub yazır. Litvada qulluq edən gənc, Fronya adlı vülnüslü qıza aşıq olaraq onunla evlənir, xidmətini başa vurandan sonra onu özüylə Sumqayıta gətirir. Bir müddət yataqxanada qalandan sonra ikisinin də çalışdığı zavoddan onlara ikiotaqlı ev verilir. Bu evlilikdən Müzəffər və Ftonyanın Edqar və Zemfira adlı övladları dünyaya gəlir. Anam isə atamla ailə qurur. 8 uşaq dünyaya gətirib atamla birgə onların təhsil-tərbiyəsi ilə məşğul olur.
Babam təqaüdə çıxandan sonra əvvəlki kimi evinə yüksək maaş gətirə bilmir. İkinci ərindən də 3 oğul dünyaya gətirən Sübyə bütün övladlarını ərinin qazandığı pullarla evləndirib ev -eşik edir, qızlarını zəngin cehizlə gəlin köcürür. Və günlərin birində ərinin ayaqqabılarını cütləyib pencəyini üstünə ataraq " daha sənə ehtiyacım qalmadı" deyib onu özünün əlləri ilə tikib inşa etdiyi evdən qovur. Əli babam bir müddət bizdə qaldıqdan sonra savab üçün 40 yaşlarında gözdən əlil bir qadınla evlənib onun evində yaşamağa başlayır. Qadın babamın qulluğunda çox yaxşı dayanır. İki gözünün görməməsinə rəğmən, ev işlərini bacarıqla yerinə yetirir, dadlı xörəklər bişirir, yaşlı ərinin paltarlırını təmiz yuyub qulluqunda çox yaxşı dayanır. Bəlkə də bu gözəl rəftara görə Allah 75 yaşlı ərundən ona sağlam və yaraşıqlı iki övlad bəxş edir. Lakin kor qadın da uşaqları olandan sonra tamam dəyişir, arıtq babama yaxşı baxmır, qızı və oğlu olduğunu deyib ona daha əvvəlki kimi qulluq etmir. Allah bu rəftarı da qarşılıqsız buraxmır. Əvvəl qızı 9 aylıq olanda, babamın ölümündən sonra oğlu Əhməd 14 yaşında dünyasını dəyişir. Zaman-zaman Arazın o tayında qalmış ailəsi -qardaşları, ata-anası ucün darıxan, nisgil çəkən və onlara qovuşa bilməyən Əli babam öləndə də doğmalarının adlarını pıçıldayib gözlərini yumur.