Axtarış...

Diri-diri divara hörülən ağa qızı

Diri-diri divara hörülən ağa qızı
Günümüzdə artıq uşaqlar baba-nənədən nağıl payı istəmirlər. Çünki müasir texnologiya balacaların bu arzusunu anında yerinə yetirir. Amma bizim vaxtımızda uzun qış gecələrində ən sevimli əyləncəmiz nənə-babalarımızın bizə söylədikləri nağıllar, hekayələr idi. Onları canlı dinləmək, bu səslər altında yuxuya gedib röyada nağılın davamını görmək başqa bir aləm idi.
Babam ədəbiyyat müəllimi işləmişdi. Azərbaycan xalq nağıllarını, folklorunu gözəl bilirdi. Yazıçıların uşaqlar üçün yazdığı hekayələri də çox vaxt nağıl adı ilə bizə danışırdı. Nənəm isə adətən eşitdiyi, sahidi olduğu real hadisələrdən söz açardı. Onun danısdığı hekayələrdən biri ötən əsrin əvvəllərində baş vermişdi. Diri-diri divara hörülən ağa qızıKərbəlayı Ələkbər ağanın böyük qızı, mənim Gülpəri nənəmə isə bu hadisəni faytoncuları Mürsəl kisi danışıbmış. Nənəmin sözlərinə görə, bir dəfə güclü sel gəlib hasarın bəzi yerlərini uçurubmuş. Nökər ağanın tapşırığı ilə bənna çağırmaq üçün getmək istəyəndə Nürsəl kişi onu geri qaytarmış, gəc hazırlayaraq uçan hasarı yenidən tikmişdi. Onun əl işini görənlər "ləp əsil bənna kimi səliqəli tikmisən" deyiblər. Mürsəl kişi "əvvəllər bənna işləyirdim" desə də, əlavə açıqlama verməyibmiş. Amma dəcəlliyi, şirin danışığı ilə hamının sevimlisi olan nənəm onu dilə tutub hekayəsini öyrənə bilib.
Mürsəl kişi başına gələn qəribə hadisədən heç kimə bəhs etməsə də, nənəmin xahişinə yox deyə bilməyib. Nənəm də uzun illər sonra onun danışdığı əhvəlatı Mürsəl kişinin adından bizə söylədi:
“Mənim rəhmətlik atam bənna idi. Öz sənətini mənə də öyrətmişdi. Lazımlı sənətdi, hec vaxt adamı ac qoymazdı. Mən çalışıb bu sənətin sirlərini əməlli-başlı mənimsədim. Məni tez -tez ev sahibləri çağırar, əl işimdən razı qalıb əməkhaqqımı artıqlaması ilə ödəyərdilər.
Bur gün işdən sonra həyət qapısının önündə tikdiyim daş kətilin üstündə oturub dincimi alırdım. İki nəfər cavan oğlan mənə yaxınlaşdı. Bənna Mürsəl olub olmadığımı soruşdular. Başımla təsdiqləyən kimi qoluma girib gəldikləri faytona oturtdular. Başıma qara torba keçirib susmağımı tapşırdlar. Fayton bir xeyli gedəndən sonra dayandı. Həmin oğlanlar yenidən qoluma girib məni pilləkənlərlə yuxarı çıxartdılar. Qalxdıqca urəyimdə pilləkənləri sayırdım.
Nəhayət, məni bir qapıdan içəri keçirib qara torbanı başımdan götirdülər. Geniş, gözəl və bahalı əşyalarla bəzədilmiş otaqda məni 65-70 yaslarda sərt simalı bir qoca qarşıladı. Kişinin çal qaşları catılmışdı. Amma üzündə qəzəb əvəzinə dərin bir kədər yuva salmışdı. Başında buxara papağı, əlində təsbehi, əynində bahalı parçadan tikilmiş geyimi vardı. Qoca "İşini gör" deyib, küncdəki kresloda oturdu və qəlyanını yandırdı. Mən dillənmək istəyirdim ki, bayaqkı cavanlar ağzımı açmağa imkan vermədən məni divarın yanına gətirdilər. Burda kərpic, qum və mala düzəltmək üçün su, sement qoyulmuşdu.Diri-diri divara hörülən ağa qızıMən ətrafa nəzər salarkən otağın ortasındakı kətildə oturmuş gənc qıza gözüm sataşdı. Qızın əynində zərxara geyim və başında ağ örpək var idi. Boynundan qalın qızıl boyunbağı asılmışdı. Qulaqındakı uzun almaz sırğalar lampaların işığında bərq vururdu. Qızın gözəlliyi adamın ağlını başından alırdı. İri, zülmət kimi qapqara gözləri, yanağına kölgə salan uzun kirpikləri, balaca dolu dodaqları onu mələyə bənzədirdi. Amma rəngi ağappaq idi. Elə sakit oturmuşdu ki, sanki meyiti xatırladırdı. Cavanlar qıza yaxınlaşdıar. Qız onları qarşısında görüncə ayağa qalxdı. Oğlanlardan biri qızın əyləşdiyi kətili götirib divardaki enli çıxıntının içinə yerləşdirdi və onun əlindən tutub kətildə əyləşdirdi. Üzünü mənə tutub "bu çıxıntını kərpiclə hör, üstünü mala ilə ört və bir az cəld ol"dedi.
Mən etriraz etmək istəyəndə nə deyəcəyimi anlayıb cibindəki tapançanı mənə doqru tusladı. Məni soyuq tər basdı. Onlar qızın üstündəki zinət əşyalarına da toxunmadılar. Divarı necə tikdim, Allah bilir. Qızın üzünə baxa bilmirdim. Sanki bu dünyadan köçmüşdü. Nə haray salır, nə də bağışlanmaq üçün yalvarırdı. Soyuq nəzərlərini məchul bir nöqyətə zilləmişdi. Lakin bu halında belə çox gözəldi. Divarın üstündən mala çəkib qurtaran kimi qara torbanı yenidən başıma keçirdilər və qapıdan çıxarıb pilləkənlərlə aşağı düşürtdülər. Sonra özləri də qalxıb yanımda əyləşdilər.
Fayton dərhal yerindən tərpəndi. Bir qədər gedəndən sonra torbanı başımdan çıxarıb hədələyərək məni səkiyə itələdilər. Mən ayağa qalxanda fayton artıq küçəni dönüb gözdən itmişdi.
Axşam coxdan düşmüşdü. Havanın qaralmasına baxmayaraq, mən təxmin etdiyim yollarla geri qayıtdım. Qarşıma çıxan jandarmaya məsələni anladıb o ətrafdakı bütün binaları birgə gəzib axtardıq. Pilləkənləri saydığım üçün mərtəbə yadımda idi. Amma nə qədər axtardıqsa həmin mənzili tapa bilmədik. Evə qayıtmaqdan başqa çarəm qalmadı. Evə çatan kimi, üzüquylu yerə döşənib hönkürtü ilə ağladım. O gündən bənnalığın daşını ataraq faytonçuluğa başladım.
Aradan uzun illərdən çox vaxt keçməsinə baxmayaraq o qızı indiyədək unuda bilməmişəm”.


Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz