Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının atası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırılıb.
Hazırda 2 yaşlı uşağın atasından yaranmış vəziyyətlə bağlı izahat alınır.
Xatırladaq ki, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirilməsini bildirib:
"Ailə 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün verib. Neçə gündür uşağı götürmədiklərinə görə, qonşu uşağın atasına zəng edib. Atası bildirib ki, mənə uşaq lazım deyil. Anasına isə zəng çatmır.
Qonşu artıq balacaya baxa bilmədiyi üçün sığınacağa gətirib".
Əlavə edək ki, M.Zeynalova dünən azyaşlı ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verib və hazırda məsələ qurumun nəzarətindədir.
(lent.az)