Axtarış...

"Baby Star" uşaq bağçasında nə olub? - Narazılıq

"Baby Star" uşaq bağçasında nə olub? - Narazılıq

Bakının "Neftçilər" metro stansiyasının yaxınlığında yerləşən "Baby Star" uşaq bağçası haqda "Facebook"da qrupların birində şikayət dolu bir məlumat paylaşılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Vəfa Əsədova adlı şikayətçi bir neçə gün öncə 2 yaşlı oğlunu həmin bağçaya qoymaq istəyərkən oradakı şəraitdən dəhşətə gəlib: "Uşaqlar yağışdan sonra yaranan gölməçədə antisanitar şəraitdə oynayırlar, oyuncaqlarının içini su ilə doldurub torpağa tökürlər, bəzilərinin ayağında yay səndəlləri olduğu üçün corabları islanıb, “müəllimlər və baxıcılar” isə kənarda dayanıb söhbət edirlər, digərləri isə onlara oturaraq tamaşa edirlər. Yaxınlaşıb iradımızı bildirdikdə isə bizə verdikləri cavab daha dəhşətli idi.

“Burada nə var? Uşaqlar hava almalıdırlar, içəri keçəndə əlləri yuyulacaq. Müəllimlər dedilər ki, suda oynayan Hüseyn adlı uşağın problemləri olduğu üçün valideynləri ona istədiyi hər şeyi etməyə icazə verməyi tapşırıblar. İlk olaraq onu qeyd edim ki, oradakı bütün uşaqlar palçıqlı su ilə oynayırdılar və şəkildəki uşağın adı Hüseyn ola bilməz, çünki qız uşağıdır".
"Aylığı 420 manat olan bağça təzə təmirdən çıxdığı üçün hər yer toz içində idi. Dəhlizdə isə uzun taxtalar, təmir ləvazimatları var idi. Bu taxta və ləvazimatlar uşaqlar üçün təhlükə mənbəyi sayıla bilər. Ayaqyoludakı vəziyyət də ürəkaçan deyildi. Balaca bir otaqda 3-4 oğlan və qız uşaqları üçün unitazlar qoyulmuşdu. Amma arada heç bir arakəsmə yox idi. Mən 4 uşağın, yəni oğlanlarla qızların ehtiyaclarını bir yerdə ödəmələrini normal hesab etmirəm".

Qeyd edək ki, bununla bağlı bağçanın media ilə əlaqələndirici şəxsi Azər Nəzərovla əlaqə saxlmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz