Axtarış...

Keçmişdən gələn səslər - su sənəyi suda sınar

Əvvəli ötən sayımızda
Keçmişdən gələn səslər - su sənəyi suda sınar
Qəzənfər dayı iki dəfə evlənmiş, hər iki həyat yoldaşını da erkən itirmişdi. Hüsniyyə onun ilk sevdası idi. Sanki bu insanın alnına ailə xoşbəxtliyi yazılmamışdı. Özünə çox yaraşan, sadə və gözü-könlü tox Hüsniyyənin gözlənilmədən xəstələnib dünyasını dəyişməsi isə Qəzənfərdən daha çox anasız qalan bacı-qardaşın taleyini zərbələrə məruz qoydu. Keçmişdən gələn səslər - su sənəyi suda sınar Bu evlilikdən dünyaya gələn Raya və Şiridil yaşadıqları xoşbəxt və qayğısız həyatdan birdən birə sanki cəhənnəmin içinə düşdülər. Atası çox zaman səyahətlərdə və tədbirlərdə olan, üstəlik ana qayğısından da məhrum olan Şiridil və bacısı ataları evə dönənədək növbə ilə bibilərinin yanında qalırdilar. Bir nəçə il sonra Qəzənfər yenidən ailə quraraq Zinyət adlı Qarabağ gözəlini evinə gəlin gətirdi və qadın yetim uşaqlara yaxşı ana oldu.
Bu qadından isə Altay adı qoyduğu oğlu dünyaya gəldi. Raya sözəbaxan olsa da yeniyetmə vaxtlarından küçələrdə olan Şiridil oğru və avara gənclərin təsiri altına düşmüş və məktəbi demək olar ki, buraxmışdı. Çox vaxt dərs adı ilə evdən çıxır və dostlarının yanına can atırdı. Beləliklə o, polisin nəzarətində olan uşaqlarla birgə yavaş -yavaş cinayət aləminə qədəm qoyurdu. Onu tez-tez şəhərin tanınmış avtoritetləri, oğru dünyasının məşhurları əhatəsində görürdülər. Bibiləri sahə miilsinin xəbərdarlıqlarını və müəllimlərin şikayətini qardaşlarına deməyə çəkinirdilər. Guya bu yolla uşağı atasının qəzəbindən qoruyurdular. Amma ona böyük pislik etdikləri ağıllarına gəlmirdi. Şiridil puldan korluq çəkmirdi. Atası yaxşı qazanırdı və ailəsini hər şeylə təmin edirdi.Uşaqlarına da bol-bol cibxərcliyi verirdi. Şiridilin həyatında çətışmayan sadəcə ata qayğısı və ciiddi tərbiyə idi. Onun törətdiyi xırda cinayətlərə milis idarələri o vaxt tanınmış atasına görə göz yumurdular. Beləcə zaman keçdi, Şiridil gəncliyinin ən gözəl dövrünə qədəm qoydu. Bibiləri Şiridili cinəyətkar mühitdən ayırmağın yolunu onu evləndirməkdə gördülər. Leyla adlı qıza elçi gedib onların toyunu etdilər. Onların tezliklə bir oğlu oldu. Qəzənfər nəvəsinə atası Ələkbərin adını qoydu. Bu ailə kənardan çox xoşbəxt, qayğısız görünürdü. Amma Şiridil oğru aləmindən ayrılmamışdı. Onu getdikcə daha dərinə çəkirdilər. Gənc olmasına baxmayaraq Bakının kriminal aləmində böyük nüfuz və söz sahibinə çevrilmişdi. Daha atasından pul istəmirdi, amma cibləri həmişə pulla dolu olurdu. Bir neçə cinayətdə əli olsa da, aradan çıxmağı bacarmışdı. Amma elə bir olay baş verdi ki, Şiridilin bütün gəncliyini və gələcək həyatını məhv etdi. (Zinyət xanımın həyat yoldaşı tərəfindən çəkilən portreti hazırda Nizami Gəncəvi adına ədəbiyyat muzeyində sərgilənir)Keçmişdən gələn səslər - su sənəyi suda sınar Bir səhər şəhərə xəbər yayıldı ki, Qəzənfər Xalıqovun oğlu raykom katibini sulahla atəş açaraq öldürüb. Onu nə atasının məşhurluğu, nə də Qəzənfərin çoxsaylı dostlarının orqanlara xahiş və müraciətləri xilas etmir. Məhkəmə ona 30 il iş kəsir və Şiridil həbs dövrünü Sibir düşərgələrində, Lena qızıl mədənlərində çalışmaqla çəkir. Lakin orda da dinc durmur, məhbusları incidən nəzərətçini öldürüb həbs müddətini daha 10 il artırır.O. qayıdanda artıq ömrünün yarıdan çoxu keçmişdi. Leyla ərə getməyib onu gözləmişdi. Oğlu Rusiyada oxumuş, orda da rus qızı ilə evlənib vətəndaşlıq almış və Bakıya geri dönməmişdi. Ələkbər dönüb Alik olmusdu. İldə bir dəfə valideynlərinə baş çəkməyə gəlirdi. Ər -arvad baş-başa verib yaşamağa başlayırlar. Şiridilin gələrkən özü ilə qızıl gətirdiyini eşidən qohum və tanışlar onu hər gün yeyib -içməyə aparır, cibindəki pulları beləcə restoranlarda havaya sovururdu. Bir dəfə Şiridil dayı bizə gəlmişdi. Atamla nə barədə isə söhbət etdilər. Sonra o, təçili çıxıb getdi. Mən əncir ağacının altında oturub kitab oxuyurdum. Atam məni görmürdü. Həyətimizdə dəmir bir boru vardı. Ondan albalı ağacına atam zivə çəkmişdi. Borunun içi boş idi . Atam Şiridilin ona verdiyi bağlamanı açıb içindən daşmı, dəmirmi olduğunu yaxşı görə bilmədiyim əşyanın ucuna ip bağlayıb onu borunun içinə salladı və ucunu içəridən boruya bərkitdi. Məni maraq götürdü. Səhər atam işə gedən kimi ipi dartıb ucunda nə bağlandığına baxmaq istədim. Dördbucaqlı formada qara bir daş idi. Mən atamın adi daşı nədən gizlətdiyini başa düşməsəm də illər sonra bu sirr açıldı. Atam dostları ilə həyətimizə oturub nərd oynadığı zaman bu əhvalatı danışdı və dayısı oğlunun ona saxlamaq üçün qızıl kərpic verdiyini, bir neçə aydan sonra isə gəlib apardığını söylədi. Kamiyab əmi ondan niyə o qızılın bir kənarından gizlicə kəsib özünə götürmədiyini soruşanda atam” bizdə əmanətə xəyanət olmaz” dedi. Keçmişdən gələn səslər - su sənəyi suda sınar
Şiridilin bu nizamsız həyatı onsuz da ürəyi zəifləmiş, yaşı 70-i çoxdan adlamış Leylanın səhhətinə ciddi təsir edir və bir neçə ay sonra dünyasını dəyişir. Sevimli arvadinı Qobu qəbristanlığında dəfn edən Şiridilin sonrakl həyatı barədə məndə məlumat azdır. Bircə onu bilrəm ki, pullarını havaya sovurandan sonra borca girmiş və borc müqabilində evini İlqar Əlfiyə verməli olmuşdu. İlqar onun üçün qoca bir rus qadının evini kirayə tutmuşdu. Onun “Avtoritet” əsəri Şiridilin danışdığı həyat yolundan bəhs edirdi. (Şiridilin adı Şirin kimi verilmiş, real şəxslərin adları da dəyişdirilmişdi.)
Bir gün İlqar qardaşıma zəng edib Şiridilin vəfat etdiyini xəbər verdi. Qardaşımgil gedib onun cənazəsini kəndə gətirdilər və dinimizə uyğun şəkildə, arvadının yanında dəfn etdilər. Oğluna isə atasının öldüyü xəbər verilsə də, son dəfə Bakıda anası vəfat edəndə olmuş Ələkbər gələ bilmədiyini xəbər verərək qardaşıma təşəkkür etdi. İlqar mərhumun bir az pulu qaldığını və dəfn xərcinə görə gətirib qardaşıma verəcəyini bildirsə də sonradan bu söhbət unuduldu və bir daha zəng etmədi. Qardaşım öz hesabına onun ehsanını verdi və qəbrinin üstünü götürtdü.


Ardı var

Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz