Axtarış...

Sərhəd tanımayan ana fədakarlığı

Sərhəd tanımayan ana fədakarlığı
Pavel ilə Nadya Novqorodda yaşayırdılar. 8 il əvvəl bir yay axşamı rəqs meydançasında tanış olmuşdular. Tezliklə bu tanışlıq böyük məhəbbətə çevrildi və onlar evlənib Pavelin şəhərin mərkəzində yerləşən üç otaqlı rahat, təmirli mənzilində yaşamağa başladılar. İki il sonra onların həyatına daxil olan əkizlər ailə bağlarını daha da möhkəmləndirdi. Amma bu səadət uzun sürmədi. Əkiz bacı-qardaş Andrey və Anitanın 5 yaşı tamam olan günün səhəri, 1999-cu ilin çiskinli bir payız günündə Nadya avtomobil qəzasında həlak oldu. Bu dəhşətli hadisə ailənin bütün səadətini, rahatlığını əlindən aldı. Uşaqlar tez-tez xəstələnir, Pavel üçün işdən icazə almaq get-gedə çətinləşirdi. Bir il boyu bu çətinliklər içində keçirən Paveli bütün qohumlar, tanışlar yenidən evlənmək üçün dilə tutdular. Nəhayət , çıxılmaz vəziyyətdə qalan adam kafedə ilk dəfə görüb tanış olduğu qadını elə o gecə evinə gətirdi. Halbuki o, içki düşkünü, öz ərini və uşaqlarını gecə yarısı yuxuda boğub öldürmüş bir narkoman idi. Həbsdən birbaşa müalicə müəssisəsinə göndərilmiş, lakin ordan qaçaraq bu şəhərə gəlib çıxmışdı. Dincəlmək və içki içmək üçün girdiyi kafedə isə Pavelle rastlaşmışdı. Sadəlövh saydığı kişinin dul olduğunu öyrənincə həyatda heç kiminin olmadığını, ərini və uşaqlarını qəzada itirdiyini deyərək onda rəhm duyğusu oyada bilmişdi. Amma uşaqlar yad qadını çox soyuq qarşıladılar. Doğma analarını unuda bilməyən əkizlər qadına salam belə vermədən göz yaşları içində otaqlarına çəkildilər. Onların bu rəftarı qadinın qəlbində kin doğurdu və o, ürəyində əkizlərdən qisas alacağına and içdi. Bir necə gün sonra Paveli işdən bir həftəlik ezamiyyətə göndərdilər. Qadın qorxunc niyyətini həyata keçirmək üçün əlinə keçən fürsətdən yararlanmağı qərara aldı. Səhəri gün uşaqları gəzmək adı ilə yaxınlıqdan keçən dəmiryol relslərinin yanına gətirdi. Özü ilə götürdüyü iplə onları relslərə möhkəm sarıyaraq sürətlə uzaqlaşdı. Evə qayıdan qadın Nadyanın üzüklərini, boyunbağısını , Pavelin bütün pullarını da götürüb çamadanını qablaşdırdı və şəhərdən qaçmaq üçün yola çıxdı.
Daş kömürlə dolu yük qatarı həmin yolla sürətlə irəliləyirdi. Birdən öz aralarında söhbət edən maşinistlər relslərin kənarı ilə qaçıb nə isə qışqıran, əli ilə qarşını göstərib qatarı dayandırmağı xahiş edən ağ geyimli bir qadın gördülər. Onlardan biri 100 metr qabaqda relslərin üzərində nəyinsə olduğunu yoldasina dedi. Qatar dayanan kimi hər iki maşinist irəli tələsdi. Onlar relslərə sarınmış usaqları görəndə heyrətdən donub qaldılar. Ağ geyimli qadın isə heç yerdə görünmürdü. O bir anda yoxa çıxmışdı. Polislər cinayətkar qadını qaçıb aradan çıxmaq üçün şəhərlərarası avtobusa minmək istəyən anda yaxaladılar.
Nadyanın məzarına baxış keçiriləndə isə hamını heyrət bürüdü. Qadının cəsədi bir il içində qətiyyən dəyişməmişdi, sanki dünən dəfn edilibmiş kimi görünürdü. Qəbristanlığın gözətçisi isə əməlli-başlı şoka düşmüşdü. O, hər gün hava qaralan kimi bu qadının həmin məzarın yanında dayanıb ağladığnı görmüşdü. Həmin vaxtlar məntiqi izahı olmayan bu olay mətbuatdan gizlədilsə də 2007 -ci ildə qeyri-adi hadisə barədə Rusiyanın Mərkəzi telekanalında geniş bir sujet efirə getdi. Ananın öləndən sonra belə hər cür fədakarlığa hazır olması tamaşaçılara güclü təsir göstərmişdi.
P.S
Bir məsələni qeyd edim ki, yazı müəllifinin təsvir etdiyi hadisənin oxşarı 1965-ci ildə Azərbaycanda da baş verib. Mənim ana babam o vaxt Biləcəri deposunda rəis işləyirdi. Onun bir işçisinin həyat yoldaşı doğuş vaxtı körpəsi ilə ölmüş , iki usağı anadan yetim qalmışdı. Kisi arvadının ölümündən 6 ay ötməmiş bir qadınla evlənib evinə gətirmiş, qadın isə 4 və 5 yaşlarında olan bacı-qardaşdan qurtulmaq qərarına gəlmişdi. Onları qatarların keçib getdiyi yolda relslərə bağlamış, özü isə qaçıb aradan çıxmışdı. Qatarı saxlamağı israrla tələb edən ağ geyimli qadın maşinistə uşaqların yaşadığı ünvanı ,atasının adını və işlədiyi yeri deyərək tələsdiyini bəhanə gətirib uzaqlaşmışdı. Maşinist uşaqları həmin mənzilə gətirəndə divardan asılmış rəsmdəki qadını dərhal tanıyır və ev sahibinə qatarı dayandıran qadının şəkildəki olduğunu deyir. Məlum olur ki, şəkildəki qadın uşaqların anasıdır və 6 ay bundan əvvəl rəhmətə gedib. Bunu rəhmətlik Əli babam özü danşmış və qəzetdən kəsib saxladığı məqaləni bizə göstərmişdi. Həmin məqalədə baş verən bu qeyri-adi hadisədən bəhs olunmuş və ölmüş qadının şəkli verilmişdi.


Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz