Axtarış...

Keçmişdən dələn səslər-Ölsəm də başımı açmaram

Keçmişdən dələn səslər-Ölsəm də başımı açmaram
Onu indi Ələkbər ağa adlandırırdılar. Sərvətinin böyük bir hissəsini xeyriyyə işlərinə xərclədiyi üçün hörməti gün-gündən artırdı. 1905 və 18-ci illərdə baş verən dəhşətli aclıq zamanı taxıl ambarlarının qapılarını açdırıb Qobu və ətraf kəndlərin əhalisini ölümdən xilas etmişdi. Başsız qalmış ailələrə ərzaqla yardım etmişdi. (1990-cı il yanvarın 19- u 20-nə keçən gecə dünyasını dəyişən nənəmin dəfnində iştirak edən Qobunun ən yaşlı sakini Əzim kişi xəstə yatağından qalxıb bu yas məclisinə gəlməsini Gülpəri nənəmin atası kərbalayı Ələkbərə olan sonsuz hörməti ilə izah etmişdi. Ələkbər ağa o aclıq illərində uşaq olan və atasını vaxtsız itirmiş Əzimin ailəsinə də köməklik etmiş, digərləri kimi onları da çətinlikdə qoymamışdı.) Keçmişdən dələn səslər-Ölsəm də başımı açmaramHəmçinin,Manaf Suleymanovun məşhur"Oxuduqların, eşitdiklərim, gördüklərim" kitabında bir epizodda Ələkbər ağanın comərdliyindən bəhs olunur. Həmin hissədə göstərilir ki, Hacı Zeynəlabdin Tağıyevin həyat yoldaşı Sona xanım tələbələrin təhsil haqqının ödənməsi üçün xeyriyyəcilik məqsədilə təşkil etdiyi ziyafətdə milyonçular arasında sərvəti onlardan daha az olan ƏLəkbərin hamıdan çox, 3 min manat ianə verdiyini deyib simiclik edən neftxudaları utandırmışdı.
Lakin miyonçuların məclislərində iştirak etmək Ələkbəri müəyyən qədər dəyişdirmişdi. O istəyirdi ki, Hacıxanım da çarşabını açıb müasir geyimdə onunla birgə bu məclislərdə iştirak etsin. Onun xanımı gözəllikdə o qadınlardan geri qalmırdı. O, arvadı ilə danışmaq qərarına gəlir.
Keçmişdən dələn səslər-Ölsəm də başımı açmaram Buna söhbət də demək olmazdı. Çünki Ələkbər danışır, Hacıxanım dinmədən ona qulaq asırdı:" Mən hacı Zeynəlabdin, ağa Musa kimi adamlarla oturub-dururam. Onların xanımları müasir geyimdə məclislərə gəlirlər. Mən səni çarşabla bu məclislərə aparıb özümü biabır edə bilmərəm. Gəl sən razı ol, çadranı at, sənə Parisdən son dəbdə olan ən bahalı geyimlər gətirdim. Əgər sən geyinib-bəzənib məclisə çıxsan bütün xanımlar paxıllığını cəkəcək. O qadınlar gözəllikdə sənin əlinə su da tökə bilməzlər. Amma razı olmasan yenidən evlənəcəyəm." Hacıxanım ani sükutdan sənra dillənir:"Kərbəlayı, mən Hacı İsrafilin qızıyam, ölsəm də başımı açmaram. Sənə halallıq verirəm, get evlən. Allah xeyir versin."
Söhbət burda da bitir. Az keçmədən Ələkbər gözəllikdə Hacıxanıma çatmasa da, avropalı geyimli, təhsilli bir qadınla evlənir. İki günü mehriban yola gedir, birlikdə yemək bişirir, uşaqlara baxırlar. Ələkbərin bu qadından 3 oğlu da dünyaya gəlir. (Həmin oğlanlar da böyüyüb ticarətlə, restoran biznesi ilə məşğul olurlar. Anarın məşhur bir əsərində adı çəkilən restoran müdiri Nadir Ələkbərin ikinci arvadından olan böyük oğlunun prototopidir. Onun adı da elə Nadir olub.)

ardı var

Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz