Axtarış...

"Messi üzr istəməlidir"

Argentina idman arbitraj məhkəməsinin üzvü Qustavo Abreu ölkənin milli komandasının kapitanı Lionel Messi haqda danışıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, 32 yaşlı hücumçu Cənubi Amerika Futbol Konfederasiyasını korrupsiyada ittiham etdiyi üçün üzr istəməlidir. Əks təqdirdə, oyunçuya cəza tətbiq oluna bilər.
""Messiyə sanksiyadan qaçmaq üçün üzr istəməyi məsləhət görərdim. Üzr istəməlidir ki, ola heç nə edə bilməsinlər".

Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə Amerika kubokunun 3-cü yer uğrunda oyunundan sonra federasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib. Onun bu açıqlaması səbəbindən 2 il millinin oyunlarından kənarlaşdırıla biləcəyi iddia olunur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz