Axtarış...

Messi ilk dəfə Ronalduya səs verib

Messi ilk dəfə Ronalduya səs verib

FİFA 2018-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Millitv.az komanda.az-a istinadən xəbər verir ki, ali futbol qurumu kimin kimə səs verdiyini də açıqlayıb. "Barselona" və Argentina yığmasının futbolçusu Lionel Messi ilk pillədə Luka Modriçin adını qeyd edib. Leo 2-ci yerə Kilian Mbappeni, 3-cü yerə isə Kriştianu Ronaldunu layiq görüb. Beləliklə, Messi ilk dəfə Ronaldunun adını top-3-ə daxil edib.

"Yuventus"un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun seçimi isə belə olub: Rafael Varan, Luka Modriç, Antuan Qrizmann.

İlin ən yaxşı futbolçusu Luka Modriç seçilib. Modriçin seçimi: Varan, Ronaldu, Qrizmann.
Text-to-Speech

DİNLƏ






Şərh yaz