“Faitmont Baku” hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.
Bu barədə hotelin yaydığı məlumatda bildirilir:
“COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, “Fairmont Bakı” ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.
Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq, hotel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. “Fairmont Bakı”da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur”.
“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, hotelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda hoteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, - deyə Fairmont Bakı Alov Qüllələrinin Baş meneceri Metyu Qreppo bildirib.