Axtarış...

"Mən iki qol vuranda, o, üçünü vururdu" - Mbappeni heyrətləndirən hadisə



PSJ-nin futbolçusu Kilian Mbappe ötən mövsüm "Qızıl buts" uğrunda Lionel Messi ilə arasındakı mübarizədən danışıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o deyib ki, argentinalı hücumçu oynayacağı müddətdə Avropanın ən yaxşı bombardiri ola bilməyəcək: "Ötən mövsüm "Qızıl buts" uğrunda mübarizə apara biləcəyimi düşündüm , amma Messi qol sayında qabaqda idi. Mən iki qol vuranda o, üçünü vururdu. Üç qol vurduğum zaman isə dörd dəfə fərqlənirdi. Bu, inanılmaz idi. Bunun necə mümkün olduğunu və Messinin qollarımı görüb-görmədiyi barədə Dembele ilə danışdım. Dedi ki, Messi məni izləyir. Onda öz-özümə söylədim ki, belə bir oyunçunun mənə laqeyd yanaşmaması xoşdur".


Qeyd edək ki, Messi ötən mövsüm 36 qol vuraraq "Qızıl buts"un sahibi olub. Mbappe isə 33 qolla ötən mövsümü başa vurmuşdu.
Text-to-Speech

DİNLƏ






Şərh yaz