Axtarış...

"Qızıl top"un sahibi bu gün müəyyənləşir



"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.

Qol.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

İlin futbolçusu adına üç namizəd isə Lionel Messi ("Barselona", Argentina), Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deykdir ("Liverpul", Niderland).

Qeyd edək ki, Messi və Ronaldo indiyədək bu mükafatı 5 dəfə qazanıb, Van Deykin isə “Qızıl top”un sevincini ilk dəfə yaşaya bilər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz