Axtarış...

“Milana Hospital” ətrafında qalmaqal – sabiq əməkdaşdan sensasion iddia…

“Milana Hospital” ətrafında qalmaqal – sabiq əməkdaşdan sensasion iddia…

“Milana Hospital”ın sabiq əməkdaşı Aynur Namazova sosial şəbəkədəki hesabında özəl klinikanın rəhbəri Xuraman Muradovaya müraciət edib. Sabiq əməkdaşın müraciətinin məzmunundan görünür ki, tərəflər arasında hələlik bəlli olmayan mövzu ətrafında qalmaqal yaşanır. Gundemxeber.az Aynur Namazovanın məlum postunu olduğu kimi təqdim edir:

“”Milana Hospital”-ın rəhbəri Xuraman Muradova, haqqımda danışdığınız yalan sözə görə məndən üzr istəmədiyiniz halda, sizin və ailənizin haqqında bildiyim bütün həqiqəti publikaya və media əhlinə bəyan edəcəm! Ağzım torba deyil ki, büzəsiniz!!! Zəng və təhdidlərinizi özünüzə saxlayın! Əsl şikayət olunası mesaj, qızınızın mənə yazdığı mesajdır! Və vurğulamaq istəyirəm ki, qızımın və mənim başıma bir iş gəlsə bunu edən və etdirən “Milana Hospital” rəhbərliyi və ailəsi olacaqdır! Ya üzr istəyin, ya da üzr istəyin!!! Aynur Namazova!!!
P.S. Bu bir xəbərdarlıqdır…”

Qeyd edək ki, Aynur Namazova həmin hospitalda ictimaiyyətlə əlaqələri tənzimləyən əməkdaş olub. Mövzu ilə bağlı “Milana Hospital”ın rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz