PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçməyə yaxındır.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu Kataloniyada ev axtarmağa başlayıb. Onun "Barsa"da 2013-2017-ci illərdə oynadığı zaman yaşadığı evin sahibi ilə razılaşmaq istədiyi bildirilib.
Qeyd edək ki, Kataloniya təmsilçisinin futbolçularının, xüsusilə, Lionel Messinin Neymarın La Liqa klubuna qayıdışına razı olduğu iddia olunur.