Axtarış...

Astarada Sım adlı kənd də var: Görəsən, başçı bilirmi? - "Havası var, qazancı yox..."

Astarada Sım adlı kənd də var: Görəsən, başçı bilirmi? - "Havası var, qazancı yox..."


Sım kəndini Astaranın mərkəzi ilə 33 km ayırır. Bəzi mənbələrdə Sım həm də qıraq, kənar deməkdir. Elə, kənd də könüldən-gözdən bir qədər uzaqda qalıb.

Qayalar arasında yerləşən kəndin 1000-ə yaxın sakini var, elə, bir o qədər də çətinliyi. Yol yox, qaz yox, şərait yox.

61 yaşlı Mehdi dayı Sımda doğulub. Ömrünün yarıdan çoxunu - 40 ilini pinəçi kimi işləyib. Deyir, kəndin yollarında maşınların təkəri dözmür, nəinki ayaqqabı.

Mehdi Qafarov illər öncəki vəziyyəti xatırlayır. Deyir, işi yaxşı olurdu, elə, dolanışığı da. Amma indi həftələrlə müştəri yolu gözləyir.

Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yazılmışdı ki, ölkənin bir çox kəndlərində iqtisadi inkişaf üçün şərait yaradılacaq. İndi isə 2023-cü ildir. Görünür, Sım kəndi bu proqramdan da kənarda qalıb.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz