Axtarış...

Allahın belə unutduğu KƏND... - Bu kəndi nə qaxlılar tanıyır, nə də xəritələr...

Allahın belə unutduğu KƏND... - Bu kəndi nə qaxlılar tanıyır, nə də xəritələr...


Qaxın Bağtala adlanan bir kəndi var. Bu kəndi nə qaxlılar tanıyır, nə də xəritələr.

Bağtalaya heç vaxt asfalt yol olmayıb.

Rəsmi məlumata görə, Bağtala kəndinin cəmi 9 sakini var. Bu kənd Azərbaycanda ən az əhalisi olan kəndlər sırasındadır.

Kəndin yeganə sakini Zərqada Abdurrahmanovadır. O da 30 il öncə Bağtalaya gəlin köçüb.

Həmsöhbətimiz deyir, həyat yoldaşı vəfat edəndən sonra kənddə tək qalıb. Ara-sıra onu övladları, yaxınları ziyarət edir.

O deyir artıq çətinliklərə öyrəşib. Başqa çıxış yolu yoxdur

Zərqəda Abdurahmanova ayı 180 manat müavinətlə başa vurur. Deyir, bəzən bu pul onun dolanışığına çatır, bəzən də yox.

Bəs, kəndlər niyə boşalır və ya cəmi bir neçə sakini olan kəndlər kimə lazımdır? İqtisadçı Rövşən Ağayev Toplum TV-yə açıqlamasında deyib ki, hökümətin kəndlərlə bağlı planı yoxdur. Regionların sosial-iqtisadi inkişaf proqramı isə ən yaxşı hallda rayon mərkəzlərini əhatə edir.

Qax Rayon İcra Hakimiyyətindən kəndlə bağlı suallarımıza cavab almaq mümkün olmayıb.

Zərqəda Abdurahmanova isə 30 il qabaq ayaq basdığı kəndi tərk etmək istəmir. Deyir, qalan ömrünü də bu kənddə yaşamaq istəyir. //Toplum TV//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz