Axtarış...

Mobil rabitə bazarında iməkləyən `ƏN BÖYÜK OPERATOR`... - Ekspert "Azercell"i TOPA TUTDU

Mobil rabitə bazarında iməkləyən `ƏN BÖYÜK OPERATOR`... - Ekspert "Azercell"i TOPA TUTDU
Azercell bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir.

Millitv.az AzToday.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.

Onun sözlərinə görə, ölkənin ən öndə gedən mobil operatoru “5G-nin sınaqdan keçirilməsi haqqında” məlumatı beynəlxalq konfrans iştirakçıları ilə bölüşür:

“Hətta qürurla bununla bağlı açıqlama da yayır.

Bununla da sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoyur.

Hansı ki, bu gün konfrans zalında onlarla yanaşı əyləşən regionun bütün ölkələri Azercell-in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar.

Azercell isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün Torqovı-ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də Torqovıda ilişib qalıb .

Sadəcə biabırçılıqdır.

Ən doğrusu o olardı ki, Azercell aidiyyatı qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər 5G tezliyinin üstündə “oturanlarla” problemi həll edəydi.

Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir.

Gərək xeyli öncədən, Azercell və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə “oturanlarla” dil tapıb, hökümətə bununla bağlı təkliflər verəydi.

Belə görünür ki Azercell və digərləri müftə, göydəndüşmə tezlik gözləyir. Yəni, dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli , yalvar-yaxar etməli və operatorlara bu tezliyi hədiyyə etməlidir.

Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz