Axtarış...

Lənkəranda camaat şikayətçi düşüb... - Camaat isə deyir ki...

Lənkəranda camaat şikayətçi düşüb... - Camaat isə deyir ki...


Lənkəranın mərkəzi küçələri, əksər kəndlərə gedən, eləcə də kəndarası yolların təmirə ehtiyacı var. Rayonun Xarxatan kəndinə gedən yol daha keçilməz vəziyyətdədir.

Lənkəran sakini Samiq Hüseynov Meydan TV-yə deyir ki, rayonda sosial problemlər çoxdur, amma kəndlərdə əhalinin ən böyük problemlərindən biri yollardır.

“Kəndin 2 mindən çox əhalisi var. Xarxatan rayonda Seyidlər kəndi kimi də tanınır. Deyilənlərə görə, bu kənddə dördüncü imam Zeynalabidinin şəcərəsindən olanlar yaşayırlar. Kəndin yolları təmirsiz, kələ-kötür olduğundan taksilər rayon mərkəzinə baha qiymətə aparırlar”,-Hüseynov bildirib.

Xarxatan Lənkəranın mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran-Boradigah şose yolunun üstündə yerləşir.

2 mindən artıq əhalisi olan Cil, həmçinin Tükəvilə, Tuado kəndlərində, Şıxəkəran Mamusta kəndlərini birləşdirən yolda, İstisu qəsəbəsində, şəhərin 20 Yanvar, Nizami küçələrində də vəziyyət eynidir. Yağış yağan kimi palçıqdan, gölməçələrdən nəinki piyada, hətta avtomobillə keçmək mümkün olmur.

“Lənkəranda çox az adam hansısa problemdən narazılıq edir, çünki çoxu çəkinir. Mən işçisəz, çəkinəcək yerim yoxdur. Müraciət edəndə deyirlər ki, kənd yolunu hansısa məktəb, yaxud dövlət müəssisəsi tikəndə, ya təmir edəndə bərbad vəziyyətə qoyublar. Ya da kommunal xidmət göstərən qurumların üzərinə atırlar. Yağış yağan kimi əksər mərkəzi küçə su ilə dolur, kanalizasiyanın gücü çatmır. Mərkəzi küçələrdə elə gölməçələr yaranır ki, insanlar rezin çəkmə geyməyə məbur olurlar”,-yerli sakinlər bildiriblər.

Lənkəran Rayon İcra Hakimiyyətindən də deyiblər ki, bəzi kəndlərə gedən yollar təmirsizdir:

“Şəhərin küçələrinin təmiri, asfalt örtüyünün çəkilməsi Lənkəranın sosial-iqtisadi inkişafına dair tələblər planına daxil edilib. Təmirsiz yollar hazırda mərhələli şəkildə təmir edilir”.

İcra Hakimiyyətindən qeyd ediblər ki, son 10 ildə 8 yol layihəsi həyata keçirilib. Xarxatan, eyni zamanda, Cil kəndinə gedən yolların təmiri plana salınıb. Kənddaxili yollar isə bələdiyyələr tərəfindən təmir edilir. //Meydan TV//
Text-to-Speech

DİNLƏ






Şərh yaz