Axtarış...

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY


“5-6 il əvvəl Tüləgüvana qaz xətti çəkdilər, ancaq yenə də odun sobası yandırırıq. Yolumuz da yoxdur, bir az yağış yağan kimi kəndə get-gəl kəsilir”.

Astaranın Tüləgüvan kəndinin qaz və yol problemi var. DİA.AZ xəbər verir ki, bu barədə kəndin sakinləri gileylənib.

Tüləgüvan – Astaranın mərkəzindən vur-tut 6 kilometr aralıda yerləşir. Kijəbə qəsəbəsinin inzibati dairəsinə aiddir. Əsas məşğuliyyəti sitrusçuluq olan əhalinin sayı 1500 nəfəri ötür. Ancaq bəzi sosial problemlər sakinlərə əngəllər yaradır.

İradə İsmayılova: “Yetişdirdiyimiz meyvələri yolsuzluq üzündən vaxtında bazarlara apara bilmirik. Bəzən bu səbəbdən tonlarla meyvə xarab olur. Kənddə heyvandarlıqla, arıçılıqla məşğul olanlar da var. Eyni problemlər səbəbindən onlar da öz təsərrüfatlarını inkişiaf etdirə bilmirlər. Azca yağış yağanda hər yer palçığa bürünür, kəndə get-gəl olmur, uşaqların məktəbə davamiyyəti pozulur”.

Qaz xətti kəndin giriş tərəfindən keçib digər kəndlərə gedir. Sakinlər deyir ki, həmin xətdən kənddəki evlərə qazın çəkilməsi üçün imkanları yoxdur:

“Ana xətt bizdən yuxarı kəndlərə qədər uzanır. Qaz xətti gözümüzün önündə ola-ola həyətimizdəki ağacları qırıb yandırırıq. Deyirlər, kəndin yaxınılığına qədər gətirmişik, burdan o tərəfə özünüz çəkin”.

DİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz