Axtarış...

“Niyə Qazilərlə maraqlanmırsız?!” - Qax sakini deputat Azər Kərimliyə etiraz etdi

“Niyə Qazilərlə maraqlanmırsız?!” - Qax sakini deputat Azər Kərimliyə etiraz etdi

2000-ci ildən Qax rayonu adından Milli Məclisdə əyləşən deputat Azər Kərimlinin indiyə kimi Parlament tribunasından Qax rayonu və qaxlılar barədə hansısa çıxış etdiyi faktı qeydə alınmayıb. Hər dəfə seçkilər zamanı Qax rayonuna gələn və qaxlılara vədlər verən deputat ötən ilin Fevralından yenə qeybə çəkilib. Pandemiyanı bəhanə edib vaxtaşırı Zoom ilə 4-5 nəfər qaxlı ilə görüşüb adını “Azər Kərimli seçicilərlə növbəti görüşünü keçirdi” qoyub mətbuatda tirajlayan deputata etirazlar artmaqdadır.
“Niyə Qazilərlə maraqlanmırsız?!” - Qax sakini deputat Azər Kərimliyə etiraz etdi

Xüsusən də rayondakı Şəhid və Qazi ailələri ümumiyyətlə deputatdan heç bir diqqət görmədiklərini bildirirlər. Azər Kərimliyə etirazlar artıq sosial şəbəkələrdə, hətta deputatın öz səhifəsində də ifadə edilməkdədir. Belə ki, Qax rayon sakini, Qazi atası Elşən Aydınoğlu deputatın səhifəsində öz etirazını bildirib: “… Siz Qaxın deputatısız, niyə Qazilərlə maraqlanmırsız?! Qaxın İcra Hakimiyyəti deyir ki, Qazilərə qanunla heç nə düşmür və mənim oğlum Qazidir. Bugünə kimi heç kim bizimlə maraqlanmayıb.” //qax.org.az//



Şərh yaz