Axtarış...

Keçmişdın gələn səslər

Keçmişdın gələn səslər

Maraqlı faktlar

Qobu haqqında maraqlı hadisələrin sayı-hesabı yoxdur. Kənddə hər kəsin yaxşı tanıdığı məşhur bir ev var. Bu, Kərbəlayi Qasımın evidir. Bu həmin evdir ki, hələ 1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz Islam Ordusunun komandanı Nuru Paşa onun evini özünə qərargah kimi seçib. Ordunun yüksək rütbəli məmurları evin ikinci mərtəbəsində, Kərbəlayi Qasım isə ailəsi ilə birgə birinci mərtəbədə yaşayıblar.
Keçmişdın gələn səslərDeyilənlərə görə, ingilislərin nəzərindən yayınmaq üçün Nuru Paşa gecələr evdə çıraq, lampa yandırmağa icazə vermirmiş. Nuru Paşanın Qobuda yaşadığı müddətdə evin gəlinlərindən birinin körpəsi dünyaya gəlir. Nuru Paşa aşağı mərtəbədəki səs-küyün səbəbini öyrənib, heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Kərbəlayi Qasım Paşanın bu hərəkətinə təəccüblənir. Lampanı gətirən şəxs “Paşam dedi ki, qoy körpə gözlərini işıqlı dünyaya açsın”- deyir. Beləliklə, Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz Islam Ordusu bir müddət Qobu kəndində təlim keçib. 1918-ci ildə kənd erməni-daşnak qüvvələrinin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. O vaxtlar xilaskar türk ordusu kəndlilərə köməyə çatana qədər kəndin say-seçmə kişiləri Məşədi Hilalın, Kərbəlayı Ələkbərin və digər cəsaur gənclərin rəhbərliyi altında daşnak-bolşevik, ingilis hərbi dəstələrinin qabağını almağa müvəffəq olublar. Kəndin adıyla bağlı nə qəribə əhvalatlar, nə də tarixi hadisələr bitib-tükənmir. Deyilənə görə, Stalin bir zamanlar bu kəndin sakini Molla Niftəlinin evində gizlənib. Bu məsələnin rəvayət olduğunu söyləyənlər, “dahi rəhbər”in başqa kənddə gizləndiyini deyənlər də var. Amma Stalinin vaxtilə həbs təhlükəsindən Bakıya qaçdığını nəzərə alsaq, onun bura “sığınma” ehtimalı həqiqətə daha yaxın görünür.
Tarixi abidələriKeçmişdın gələn səslər
Qobuda hicri-qəmər təqviminin 1300-cü ilində (miladi tarixi ilə 1882-ci il) inşa edilmiş hamam var. Hamam Mirzə Abdulla tərəfindən inşa etdirilib. Bu unikal abidə şərq memarlıq üslubunda tikilib. Bu hamam suyunun nə cür axıdılması indi də bəlli deyil. Təəssüflər olsun ki, hazırda bu dəyərli tarixi abidə baxımsızlıq üzündən uçulub dağılmaq təhlükəsi ilə üz-üzədir.
Mən bu kənddə, bir neçə ağacın, meynə tənəklərinin kölgə saldığı balaca həyətli, ikimərtəbəli evdə dünyaya göz açmışam. Vaxtilə bu böyük mülkdə Növruzəli ağa öz ailəsi ilə yaşayıb. Sonralar malikanə və genis həyət 3 qardaş arasında bölünüb. Divarların içində hündür tavana qədər uzanan rəflər var idi. Nənənmin cehizlik kasaları , anamın billur qab-qacağı bu rəflərin icində qoyulmuş arakəsmələrə düzülmüdü. Rəflərin qapılarının üstü qoz ağacından hazırlanmış naxışlarla bəzədilmişdi. Divarlardan tanıdığım və tanımadığım adamların portretləri asılmışdı.
Yaşlı sakinlərdən eşitdiyimə görə, kənd 3 tərəfdən hündür təpələrin ətəyində yerləşdiyi üçün Qobu (çökəklik) adlanıb. Şubanı dağlarından qəsəbəyə nəzər salanda sanki kənd təpələrin arasından Xəzərə doğru istiqamətlənmiş böyük çaya bənzəyir. Keçmişdın gələn səslərHələ uşaq vaxtı "Xəncər piri" adlanan təpənin döşündə salınmış qəbristanlıqda çox sayda sandıq qəbirlərə rast gəlirdik. Kənddəki 3 ən qədim nəslin burada nə zaman məskunlaşdığı barədə məlumat yoxdur. Digər məhəllələrin ilk sakinlərinin nə vaxt bura köçdüyü tarix isə təxminən məlumdur.1668-ci il yanvarın 4-də Şamaxıda olmuş zəlzələ şəhərə ciddi zərər vurdu. Zəlzələ nəticəsində 6-7 min nəfər həlak oldu. Evi dağılan əhalinin böyük bir hissəsi yaxın ərazilərə, O cümlədən Bakı və ətraf kəndlərə köç etdilər. Belə kəndlərdən biri də Abşeronun ən qədim yaşayış məskənlərindən biri olan Qobu idi. Şamaxıdan başqa Qubadan və digər rayonlardan da müxtəlif vaxtlarda ailələr bu kəndə gəlib köç salmışdılar. Hər məhəllə öz adı ilə tanınırdı.Keçmişdın gələn səslər
Digər Bakı kəndləri kimi burda da quyu suyundan və ovdanlardan istifadə edildiyi üçün əvvəllər yaşıllıq az olub. Amma həyətdəki carhovuza gələn Şollar suyu dadı və sərinliyi ilə quyu suyundan fərqlənirdi. Həyətlərdə o zamanlar sadəcə əncir, üzüm, püstə kimi susuzluğa davamlı ağaclara rast gəlmək mümkün olub.


ardı var


Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz