Axtarış...

İranın Azərbaycan maliiyyə sektorunda izi - Araşdırmalar başlayacaqmı?

İranın Azərbaycan maliiyyə sektorunda izi - Araşdırmalar başlayacaqmı?

İran - Azərbaycan münasibətlərindəki gərginlik durmadan artır.

Qaynarinfo xəbər verir ki, Tehranın Azərbaycana qarşı qərəzli siyasəti artıq Bakını da adekvat addımlar atmağa vadar edib.

Habelə Azərbaycanın müttəfiq ölkələri Türkiyə və Gürcüstan da müəyyən dəstəkləyici addımlar atmağa başlayıb. Bu isə onsuz da qlobal sanksiyalar altında ağır iqtisadi duruma düşən İran üçün "oksigen balonu" rolunu oynayan Azərbaycandan məhrumolma anlamına gəlir.

Rəsmi Bakı növbəti addım kimi İran iş adamlarının Azərbaycandakı fəaliyyətlərini də araşdırmaya cəlb edə bilər.

Qlobal maliyyə sanksiyalarından əziyyət çəkən İranın iş adamları nədənsə Azərbaycanda əsasən maliyyə sektorunda gözə dəyir. Bu da Azərbaycandan tranzit ölkə kimi istifadə edildiyi şübhələri oyadır.

1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən "Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin əsas səhmdarlarından biri də "NAB Holdinq Anonim Şirkəti”dir. Şirkət ASC-də 35 faiz paya sahibdir. "NAB Holdinq” iranlı iş adamı Bəhram Oromiyə məxsusdur.

Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir. Şirkətin İrana məxsus çirkli pulların yuyulmasında iştirak etdiyi barədə iddialar var. Mediada gedən məlumatlara görə, şirkətin adı Rza Zərrabla bağlı cinayət işində keçir. Hətta iddia olunurdu ki, "NAB Holdinq”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulub.
"NAB Holdinq” həm də "Baku Electronics" və "Auto Azerbaijan" şirkətlərinin sahibidir.

AFB Bank və Muğan Bank kimi bankların da İran bağlantıları da diqqətə alına bilər.

Bundan əlavə "NAB Holdinq”ə yaxın olduğu təxmin edilən "Fərrum Kapital" kimi nəhəng maliyyə strukturunun da adını çəkmək olar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz