MilliTV.az
İran Azərbaycanla münasibətləri inkişaf etdirmək istiqamətində heç bir sərhəd tanımır.
XeberOxu.Az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, elə bu məqsədlə İran yüksək səviyyəli diplomatını səfir olaraq Azərbaycana göndərib.
Xətibzadə əlavə edib ki, İran, Türkiyə və Azərbaycan arasında üçtərəfli görüşün təşkil olunması ilə əlaqədar müzakirələr aparılır.
Qeyd edək ki, İranın Azərbaycandakı hazırkı səfiri Abbas Musəvi bundan öncə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi olub.