İran İnqilab Keşikçiləri Ordusu və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi xalqı təzyiq altında saxlamaq və mövcud rejimi qorumaq üçün kiberhücumlardan istifadə edir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Milli Mübarizə Hərəkatının yayımladığı hesabatda bildirilib.
"Milyonlarla iranlının internetə girişi var və 48 milyondan çox insan da smartfon istifadəçisidir. İranın gənc və qəzəbli qrupları rejimin təzyiq və senzuralarından qorunmaq üçün texnologiyaların inkişafından istifadə edirlər", - hərəkatın sözçüsü Hüseyn Abedi deyib.
Kütlənin kibermüdafiəsinə qarşı İran rejimi internet trafikini nəzarət altında tutmaq üçün sistemlər yaradıb və hər hansı bir internet istifadəçisinin dövlətin kibertəzyiqlərindən qaçması məhdudlaşdırılıb.
Abedi bildirib ki, İran rejimi istifadəçilərin xəbəri olmadan onların fəaliyyətini izləmək üçün aplikasiyaların içinə kodlar yerləşdirib. Onun sözlərinə görə casus proqramları İranın android mobil bazarı olan "Cafe Bazaar" vasitəsilə ötürülür.
"Mobogram" adlı casus proqramı istifadəçilərin hər bir hərəkətini izləməyə imkan yaradır.