İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, M.C.Zərif sabah Azərbaycan və Ermənistana səfər edəcək.