Axtarış...

"Azərbaycanın İran üçün xüsusi yeri var" - İran səfiri

İran 15 ölkə ilə həmsərhəddir. Lakin bu ölkələr arasında Azərbaycanın İran üçün xüsusi yeri var.

"Azərbaycanın İran üçün xüsusi yeri var" - İran səfiri


Millitv.az Hafta.az-istinad edərək bildirir ki, bu sözləri İranın Azərbaycandakı səfiri seyid Abbas Müsəvi Qum şəhərində keçirilən beynəlxalq Qarabağ konfransında deyib. O bildirib ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni reallıqların yaranmasına səbəb olub. Bu reallıqlar ondan ibarətdir ki, azad olunan rayonlar İranla sərhəddə yerləşir. Bu rayonların bərpasından sonra iki qonşu və dost ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkan yaranıb.

İran şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyirlər. Bərpa olunacaq rayonların İranla sərhəddə yerləşməsi tikinti materiallarının, digər ləvazimatların tez çatdırılmasına imkan verəcək və nəqliyyat xərci də çox az olacaq.

Səfir nəzərə çatdırıb ki, İranın Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində iştirak edə bilər. İranın bu sahədə böyük təcrübəsi var.

Diplomat qeyd edib ki, İran ilə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” su anbarlarının tikintisinin davam etdirilməsi haqqında razılığa gəliblər. Bu anbarlar hər iki tərəf üçün faydalıdır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatının su problemi həll olunur. Eyni zamanda, Astaraçay üzərində yeni körpünün inşası barədə də razılıq var. Bu körpü İran ilə Azərbaycanın birgə iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında böyük rol oynayacaq.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz