Axtarış...

Azərbaycan İran dostluğ əlaqələri günü - gündən genişlənir



Millitv.az İranın Bakıdakı səfirliyindən verilən məlumatda bildirilir ki, İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur.

Bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayılı bildirmişdir:

- İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin.
- İran xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olmasını səbəbindən ixracat və ticarət baxımından, xüsusən kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir.
- İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq.
- İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınmışdır ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynayacaqdır.
- Həmsərhəd olmağımızdan bir fürsət olaraq istifadə etməliyik və bununla əlaqədar iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək.



Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz