Axtarış...

ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR

ABŞ İran və Çinin metallurgiyasına zərbə vurdu - YENİ SANKSİYALAR

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo İrana qarşı yeni sanksiyalar elan etdi. Bu dəfə Amerika administrasiyasının məqsədi İranın metal ixracı idi.

Polad, dəmir və alüminium istehsalı və tədarükü ilə məşğul olan səkkiz İran şirkəti, artıq ABŞ-ın sanksiyaları altında olan "Mobrakeh" Polad Şirkəti ilə işgüzar münasibətlərdə oldular. Honkonqda yerləşən Çin şirkəti "Global Industrial and Engineering Supply Ltd" də sanksiyalara məruz qalıb. İranın metallurgiya sənayesini qrafitlə təmin etdi. Bu doqquz şirkətin işçilərinin də ABŞ-a girişi qadağandır.

Pompeo açıqlamasında həmçinin BMT Təhlükəsizlik Şurasını oktyabr ayında İrana tətbiq olunan silah embarqosunu uzatmağa çağırdı.

Ötən həftə Beynəlxalq Atom Enerjisi Agentliyi İranı tənqid edərək, nüvə proqramındakı şəffaflıq öhdəliyindən çəkilməsini pisləyən qətnamə çıxardı. "MAQATE"nin baş direktoru Rafael Grossi Tehranı beynəlxalq müfəttişlərin ölkənin nüvə obyektlərinə daxil olmasına mane olmaqda ittiham etdi.

Çin BMT Təhlükəsizlik Şurasının silah embarqosu ilə bağlı yeni qərarını dəstəkləməyəcəyini söyləyən İranı müdafiə etdi. ABŞ-ın hər iki ölkə ilə münasibətlərinin pisləşdiyi bir vaxtda, Çin-İran əlaqələri möhkəmlənir. Bu ölkələri müttəfiq adlandırmaq olmaz, amma Vaşinqtona qarşı bir araya gəldikləri fürsəti əldən vermirlər.

Pompeo söz verdi ki, ABŞ "rejim normal bir ölkə kimi davranmağa qərar verməyincə İrana maksimum təzyiq göstərməyə davam edəcək". //virtualaz.org//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz