“İranın Ermənistana silah göndərməsi barədə yayılan şayiələri qətiyyətlə təkzib edirik”.
Bunu APA-nın İran müxbirinə İran parlamentinin daxili məsələlər üzrə komissiya sədrinin müavini olan Məhəmməd Həsən Asəfəri deyib.
O bildirib ki, münaqişə tərəflərinə hər hansı silahın göndərilməsi müharibənin alovlanması məqsədi daşıyır: “Biz indiyə kimi bir münaqişə tərəflərinə “Kalaşnikov” avtomatı belə göndərməmişik. Xüsusən də Ermənistana silah göndərməkdən əsla söhbət gedə bilməz".
O qeyd edib ki, İran bölgədə, Xəzəryanı ölkələrdə, Mərkəzi Asiya ölkələrində sülh və sabitliyin yaradılmasının tərəfdarıdır. "İran bölgə xalqları arasında birliyin yaradılması üçün əlindən gələni edir və çalışır. İran hesab edir ki, bu gün bölgədə hər hansı bir müharibə baş verərsə, ziyanı Xəzəryanı ölkələrin hamısına dəyəcək".
Asəfəri qeyd edib ki, İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazırdır: “Tərəflər razılaşarlarsa, müzakirələrin Tehranda və ya tərəflərin istədiyi hər hansı üçüncü ölkədə keçirilməsinə hazırdır".
Millitv.az