İran Dövləti Qarabağda Keçirilən Seçkilərə Münasibətini Bildirdi
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Millitv.az xəbər verir ki , Bu gün İran islam respublikasının xarici işlər nazirliyi separatçı və qondarma "Dağlıq Qarabağ Respublikasında" keçirilən qondarma seçkilərə öz münasibətini bildirib
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü Seyid Abbas Musəvi münaqişə zonası olan Qarabağda keçiriləcək seçkilərlə bağlı bildirmişdir ki, İran İslam Respublikası məntəqədə gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir.
Seyid Abbas Musəvi Dağlıq Qarabağ adlı məhdud coğrafiyada keçiriləcək seçkilərə işarə edərək söyləmişdir : Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözcüsü sonda əlavə etmişdir ki, Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.