İran üzərindən Ermənistana silah daşınması barədə yayılan məlumatlara səfirlik münasibət bildirdi
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Millitv.az Bu gün İranın Bakıdakı səfirliyi son günlər İranla və Azərbaycanın dostluq qardaşlıq münasibətlərinə xələl gətirəcək məlumatlarla bağlı açıqlama verib.
Açıqlamada bildirilir son günlər bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyildir.
Hörmətlə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi