Axtarış...

"İran və Türkiyə arasında ticarət davam etməlidir" - Ruhani



İran və Türkiyə prezidentləri Həsən Ruhani ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Millitv.az -ın verdiyi məlumata görə, İran Prezidenti Həsən Ruhani Tehran və Ankara arasında ikitərəfli, regional və beynəlxalq əlaqələrin inkişafı, möhkəmləndirilməsi üzərində işləməyin zəruriliyini vurğulayıb.

Telefon danışığı zamanı Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı münasibətlərin dostluq, qardaşlıq üzərində olduğunu və iki ölkənin maraqlarını təmin etmək, bölgədə sabitlik, davamlı təhlükəsizlik yaratmaq üçün genişləndiyini bildiriblər.

Tehran və Ankara arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq da vurğulanıb:

"İran və Türkiyə çətin anlarda birlikdə olduqlarını sübut etdilər və bu gün biz əməkdaşlığı genişləndirərək bir-birimizə kömək etməliyik".

İranın koronavirusla mübarizədəki uğurlarına və dəyərli iş təcrübəsinə toxunan H.Ruhani vəzifəli şəxslər arasında qarşılıqlı əlaqənin və bu mövzuda iki ölkənin təcrübələrinin ötürülməsinin vacibliyini vurğulayıb.

İran Prezidenti Astana prosesi çərçivəsində razılaşmaların həyata keçirilməsi üçün İran, Türkiyə və Rusiya liderləri arasında məsləhətləşmələrin və danışıqların vacibliyini vurğulayıb. //Trend.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz