Axtarış...

İrandan qonşularına böyük təhdid: “Bu qorxunc silahları onlara qarşı çevirəcək”



“BMT-nin dünyada terroru dəstəkləyən bir nömrəli dövlət olan İrana silah satışına qoyduğu qadağanın aradan qaldırılması dünya və regionda sülh və sabitliyin pozulmasına gətirib çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft deyib.

Xanım diplomat hesab edir ki, ən düzgün seçim, İrana qarşı tətbiq edilən silah embarqosunun müddətinin uzadılmasıdır:

“Bizim bu qadağanın müddətini uzatmaqla, dünyada sülh və sabitliyi qorumaqdan başqa seçimimiz yoxdur. Təsəvvür edin ki, sanksiya ləğv edilib, bu halda Çinlə Rusiya artıq İrana silah sata biləcəklər. Belə olduqda, İran əldə edəcəyi kütləvi qırğın silahları Yaxın Şərq bölgəsində İsrail, Suriya, Yəmən, İraq, Liviya və Livan əleyhinə fəaliyyət aparan öz terrorçu təşkilatlarına verəcək. Ya dünyada terrorizmə dəstək verən dövləti seçməliyik, ya da dünyada sülh və təhlükəsizliyin yanında olmalıyıq”.

Kraft bildirib ki, ABŞ İran rejiminə qarşı tətbiq edilən embarqonun müddətinin uzadılmasından əmin olmaq üçün özünün bütün imkanlafrından faydalanacaq: “İran rejimi dünyada terrorizmin ən böyük himayədarıdır. İran rejimi Yəməndə husiləri gücləndirməklə, eləcə də Suriyada Bəşər Əsəd rejimini dəstəkləməklə, Venesuela rejiminə yardım etməklə, İraqda isə yarı-hərbi şiə qruplaşmalarını pul və silah-sursatla təmin etməklə terrorizmi yayır. Bu isə yolverilməzdir və qarşısı alınmalıdır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz