İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri yüksək hərbi heyətin müşayiəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə 16 yanvarda Bakıya səfər edəcək.
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.
General Baqiri Azərbaycan Prezidenti, Baş naziri və parlamentinin sədri ilə görüşərək danışıqlar aparacaq.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 2 günlük Bakı səfərində müştərək sərhəd əməkdaşlığı, terrorizmlə mübarizə, regional olaylar haqda danışıqlar aparılacaq.
Həmçinin səfərin sonunda iki ölkə arasında hərbi və müdafiə əməkdaşlıqları üzrə anlaşma imzalanacaq.
Qeyd edək ki, bu, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana ilk səfəridir.