MilliTV.az
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) VI qurultayı keçirilib.
“Report”un xəbərinə görə, videokonfrans formatında keçirilən qurultayda partiyanın adı dəyişdirilib.
Belə ki, bundan sonra partiyanın Milli Həmrəylik Partiyası (MHP) adlandırılması barədə qərar qəbul edilib.
Partiyaya 2013-cü ildən rəhbərlik edən Əlisahib Hüseynov yenidən MHP-nin sədri seçilib.
Həmçinin qurultayda partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, partiyanın rəmzləri yenilənib, İdarə Heyəti, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Siyasi Şura üzvləri seçilib.