Azərbaycanda Partiyaların Qeydiyata Alınmasındakı Əngəllər Aradan Qalxdı
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyevin reaspublikamızda yeni siyasi modelin formalaşdırılmasının bariz nümunəsi olaraq neçə illəridi ki , respublikamızda dövlət qeydiyatından keçmək üçün müraciət edən siyasi partiyalara yaradılan süni əngəllər artıq aradan qalxıbdır.
Siyasi təşkilatların Partiyaların , Hərəkatların, İçtimai birliklərin dövələt qeydiyatına alınmasında ,bu günə qədər olan hər hansı bir süni əngəl qalmayıbdır. Bu sözləri redaksiyamıza bildirən üzun iilrdir ki,Partiyalarının qeydiyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edən keçmiş El Hərəkatı partiyasının sədri Əflan İbrahimov, 7 - il idi k i, Partiyanın qeydiyat məsələlərinə görə müraciət etmədiyi qapının qalmamasını bildirən, Əflan İbrahimov partiyasının qeydiyata alınmasınada onlara maniə olan şəxslərin siyasi səhnədən getməsindən sonra .
Prezident İlham Əliyev və xanım Mehriban Əliyevanın ölkəmizdə yeni siyasi mühüt formalaşdırılmasının bariz nümünəsi olaraq , bir neçə ay bundan əvvəl partiyanın ali orqanı yığışaraq partiyanın adnın dəyişdirilməsi barədə qərar qəbul etdklərini bildirdi. Partiyanın yeni adının " Müstəqil Xalq Partiyası " elan olunmasından sonra partiyanın yeni adla qeydiyata alınması üçün ədliyyə nazirliyinə etdiyimiz müraciətə müsbət cavab alaraq partiyamızı " Müstəqil Xalq Partiyası " olaraq dövlət qeydiyatına alıb mənidə Ədliyyə nazirliyinə çağırıb partiyamızın dövlət qeydiyatına alınması barədə şəhadətnaməni mənə təqdim etdilər.
Mən bir daha bildirirəm ki ,Bu ölkəmizdə Prezident İlham Əliyev və xanım Mehriban Əliyevanın yəyata keçirdiyi müsbət yeni siyasi mühütün başlanğıcıdır. Fürsətdən istifadə edib Prezident İlham Əliyevə xanım Mehriban Əliyevaya və Ədliyyə naziri Fikrət Məmmədova partiyamızın qeydiyyata alınmasında göstərdikləri müsbət münasibətə görə partiyamız adından dərin təşəkkürmüzü bildiririk.
Hörmətli izləyicilər Bildirmək isrəyirik ki , bu sözləri redaksiyamıza yeni dövlət qeydiyatına alınmış " Müstəqil Xalq Partiyası"- nın sədri Əflan İbrahimov bildirdi.
Millitv.az Ədliyyə Nazirliyindən aldığı məlumata görə xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır, çoxpartiyalı parlament formalaşıb, partiyalararası geniş dialoq aparılır.Siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürü olaraq bu yaxınlarda Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatından keçiblər.
Bu prosesin davamı olaraq Cümhuriyyət Xalq Partiyasının və Müstəqil Xalq Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.
Mayın 7-də Ədliyyə nazirinin müavini Toğrul Musayevin partiyaların sədrləri ilə görüşü keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim olunub. Partiya rəhbərləri Bədrəddin Quliyev və Əflan İbrahimov ölkə başçısının iradəsi ilə aparılan siyasi islahatları dəstəklədiklərini vurğulayaraq cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmləndirilməsi naminə siyasi qüvvələrin dövlətin yanında olmalarını xüsusi qeyd ediblər. Həmçinin, nazirlikdə ümummilli lider Heydər Əliyevə və ədliyyə tarixinə həsr olunmuş muzeylə tanış olublar.