Axtarış...

Kılıçdaroğlunun döyülməsi Türkiyəni qarışdırdı: İZMİR AYAĞA QALXDI, HƏBSLƏR VAR

Kılıçdaroğlunun döyülməsi Türkiyəni qarışdırdı: İZMİR AYAĞA QALXDI, HƏBSLƏR VAR

Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğluya edilən ötən gün edilən hücumla bağlı artıq 5 nəfər həbs edilib.

Sfera.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaş ölkənin bir neçə şəhərlərində baş vermiş insidentlə bağlı etiraz aksiyalarının təşkilinə start verilib.

Bu arada isə bəlli olub ki, CHP sədrinə hücumda xüsusi canfəşanlığı ilə seçilən və onu yumruqlayanlardan biri Osman Sarıgün də saxlanılanlar arasındadı. Araşdırma zamanı bəlli olub ki, Sarıgün hakim partiyanın üzvüdür. AKP sözcüsü Ömər Çelik mətbuata verdiyi açıqlamada deyib ki, artıq həmin şəxs barədə partiyada məsələ qaldırlıb və onun partiya sıralarından uzaqlaşdırılması haqqında qərar qəbul edilib.

Xatırladaq ki, ötən gün Ankarada şəhid olmuş hərbçinin cənazə mərasimində bir qrup şəxs CHP-ni PKK ilə işbirliyində ittiham edərək K.Kılıçdaroğluna hücum ediblər. Həticədə CHP sədrinə və onu müşayət edən şəxslər döyülüblər. Baş vermiş hadisəyə görə bir çox müxalif şəxslər Milləyçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının CHP-ni PKK ilə yaxınlıqda ittiham etməsini əsas gətirirlər.

Hazırda İzmirdə Kılıçdaroğlunun döyülməsinə etiraz olaraq aksiya keçirilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz