Axtarış...

Fəzail Ağamalı da istefa verməyə hazırlaşır – Açıqlama



"Biz artıq partiyaya yeni qüvvələri gətirməyə çalışırıq, artıq buna start vermişik, dayanmaq fikrində deyilik. Çalışacağıq ki, partiyanın bütün idarəçiliyinə, onun faəliyyətinin bütün tərəflərinə yeniliklər gətirək”.
Anews.az xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, bildirib ki, bunun üçün yetişmiş, formalaşmış yeni insanların gətirilməsinə xüsusi əhəmiyyət verir.



"Bir müddət əvvəl cəmiyyətimizdə xüsusi fəallığı ilə fərqlənən Arzuman Abdulkərimovu siyasi məsələlər üzrə müavin gətirdim. Növbəti həftələrdə də növbəti addımları atacağıq. Yaxın bir ildə, yəni 2020-ci ildə biz bu məsələyə yekun olaraq qurultayda partiyanın yeni sədrinin seçilməsi məsələsini də qoya bilərik”.



"Yəni qurultayın seçəcəyi sədr Fəzail Ağamalı olmayacaq?” sualına o belə cavab verib:
"Təbii ki. Əgər biz artıq ümumi yeniləşməyə start vermişiksə, bu yeniləşmə partiyanın rayon, şəhər təşkilatlarından başlamış, onun rəhbər orqanlarına, sədrinə qədər getməlidir. Bu yenilənmə təkcə sədrin dəyişməsi ilə nəzərdə tutulmur. Biz bütövlükdə partiyanın özündə yenilənməyə, müasirləşməyə, daha çox müasir dünyagörüşü müstəqillik dövründə formalaşan siyasətçilərin gəlməsinə önəm veririk. Bu mərhələ partiya sədrinin yenilənməsi ilə də yekunlaşacaq”.



Parlament seçkilərində iştirakına gəlincə, F. Ağamalı deyib ki, sağlamlığı imkan versə, qarşıdan gələn parlament seçkilərində bir daha iştirak etmək niyyətindədir: "Ola bilər seeçkilərdə sıravi üzv kimi, ola bilər hələlik sədr olaraq iştirak edin. Parlament seçkilərinə qədər işlərimizi yekunlaşdırsaq, deməli, mən partiyanın sıravi üzvü kimi gedə bilərəm. Yox, yekunlaşdıra bilməsək, mümkündür ki, sədr kimi gedəcəyəm. Amma bir daha təkrar edirəm, bu, mənim artıq qəti fikrimdir ki, parlament seçkilərinə qədər və ya seçkilərdən sonra partiya sədrliyində dəyişiklik olacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz