Axtarış...

DÇ-2022 48 komanda ilə keçirilə bilər - İnfantino açıqladı

DÇ-2022 48 komanda ilə keçirilə bilər - İnfantino açıqladı

2022-ci ildə Qətərdə düzənlənəcək futbol üzrə dünya çempionatında 48 komanda iştirak edə bilər.

MilliTV.Az komanda.az-a istinadən bildirir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.

O, DÇ-2018-i 48 komandanın iştirakı ilə keçirmək istədiklərini və bunun üçün çalışdıqlarını bəyan edib:

"Dünya çempionatını 48 komandanın iştirakı ilə keçirməyin yaxşı bir şey olduğunu düşünürük. Bunu 2026-cı ildə həyata keçirəcəyik. Amma niyə bunu 4 il öncə etməyi düşünməyək? Yaxşı bir iş görmək üçün heç vaxt gec deyil. Bu üzdən DÇ-2022-də də 48 komandanın iştirakının mümkünlüyünü analiz edirik. Bunu gerçəkləşdirə bilməsək, Qətərdəki mundialda 32 komanda olacaq. Lakin bu mundial da 48 komanda ilə keçirilsə, möhtəşəm olar".
Text-to-Speech

DİNLƏ






Şərh yaz