Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığmasının heyətində dəyişiklik edilib.
Qol.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç heyətdən kənarlaşdırılıb. Bunu yerli mətbuata müsahibəsində komandanın baş məşqçisi Zlatko Daliç deyib. O, qərarını belə izah edib:
"Rakitiçin klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyib. Onunla dünən danışdım və futbolçunun milli komanda üçün hazır olmadığı qənaətinə gəldim. Buna görə Rakitiç növbəti oyunlarda bizə qoşulmayacaq".
Daliç Rakitiçin əvəzinə "Kalyari"nin yarımmüdafiəçisi Marko Roqunu milliyə çağırdığını deyib.
Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.