Axtarış...

“Dünən bizi ifadə vermək üçün çağırmışdılar” - Danışılmış oyunda günahlandırılan futbolçu

“Dünən bizi ifadə vermək üçün çağırmışdılar” - Danışılmış oyunda günahlandırılan futbolçu

"Danışılmış oyunlarda heç bir iştirakım olmayıb".

Bunu apasport.az saytına açıqlamasında I Divizion təmsilçisi "Turan Tovuz"un futbolçusu İlkin Sadıqov deyib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən növbədənkənar iclasında danışılmış oyunlarla əlaqədar 28 nəfərə futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub ki, onlardan biri də Sadıqovdur.

Ancaq 22 yaşlı hücumçu ittihamları rədd edib: "Dünən bizi ifadə vermək üçün çağırmışdılar. Hər şey telefonumda var. Bunu orada da göstərdim ki, günahsızam. Niyə belə qərar verdilər, bilmirəm. Neçə oyundur qol da vururdum, məhsuldar ötürmə də verirdim. Heç komanda yoldaşlarımda da bunu hiss etməmişəm. Bu gün Bakıya gəlib, məsələ ilə bağlı görüşlər keçirəcəyəm".

İlkinin atası, ötənlərin tanınmış futbolçusu Nizami Sadıqov isə qərardan şok olduğunu bildirib: "Mən heç nə bilmirdim, anidən verilən qərardır. Komandanın oyunlarına baxmaq üçün stadiona gedirdim. Amma belə bir şeyin yaşanmağı heç ağlıma da gəlməzdi. Sadəcə, qəbuledilməzdir. Oğlumun belə bir hərəkət etdiyinə inana bilmirəm. Yəqin ki, oturub onunla danışacağam".
Text-to-Speech

DİNLƏ






Şərh yaz