Rusiyanın “Spartak” klubundan ayrılan Aleksandr Səmədov Premyer Liqanın digər təmsilçisi “Krılya Sovetov”a keçib.
Oxu.Az xəbər verir ki, Samara təmsilçisi atası azərbaycanlı olan Səmədovla rəsmi müqavilə imzalayıb.
Bu isə o deməkdir ki, millimizin hücumçusu olan Ramil Şeydayev və Aleksandr Səmədov eyni klubda çıxış edəcək.
Qeyd edək ki, “Krılya Sovetov” Premyer Liqada 16 turdan sonra 13-cü pillədə qərarlaşıb. Ramil Şeydayev yaydan bəri çıxış etdiyi bu klubda Premyer Liqa çərçivəsində beş oyun keçirsə də, qol vura bilməyib.