Axtarış...

"Azersun Holding" "Qarabağ"dan imtina edir? - AÇIQLAMA

"Azersun Holding" "Qarabağ"dan imtina edir? - AÇIQLAMA

"Azersun Holding"in "Qarabağ"a sponsorluqdan imtina edəcəyi ilə bağlı iddialara klubdan münasibət bildirilib.

Millitv.Az xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl report-a açıqlamasında bu yöndə çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

"Azersun Holding" ən böyük böhranların baş verdiyi vaxt "Qarabağ"ın büdcəsini azaltmadı və bu gün də belə bir şey yoxdur. Bu cür xəbərlərin hansı səbəbdən çıxdığını deyə bilmərəm, lakin qətiyyən həqiqəti əks etdirmir. Klub prezindeti Abdolbari Goozal ilə vitse-prezident Tahir Goozal hər zaman komanda ilə maraqlanırlar və heç bir çatışmazlığın olmamasını bizə tapşırıblar", - o vurğulayıb.

Qeyd edək ki, "Azersun Holding" 2001-ci ildən "Qarabağ"a sponsorluq edir. Komanda bu müddətdə 5 dəfə çempionluq və eyni sayda ölkə kuboku qazanıb. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz