Axtarış...

Adına heykəl qoyulan və stadion verilən yeganə hakim -Bu gün onun doğum günüdür...

Adına heykəl qoyulan və stadion verilən yeganə hakim -Bu gün onun doğum günüdür...

29 yanvar bir çox tanınmış şəxslərin tarixdə doğum günü ilə yadda qalıb. Onlardan biri də futbol tarixində adına heykəl qoyulan və stadion verilən yeganə hakim Tofiq Məhramovdur. Tofiq Bəhram oğlu Bəhramov 1925-ci il yanvarın 29-da Ağdam rayonunda anadan olub. Valideynləri 1918-ci il hadisələri zamanı Zəngəzur mahalı, İncəvar kəndindən didərgin düşüb.

Futbolçu karyerasına 1943-cü ildə başlayan T.Bəhramov 6 ay “Spartak” cəmiyyətində məşq edəndən sonra Bakı birincliyində “Burevestnik”-lə oyunda debüt edib. Bir il sonra o, SSRİ çempionatının B qrupunda yarışan Bakı “Dinamo”suna yollanıb. Daha sonra isə “Neftyannik”ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə T.Bəhrəmovun əsas oyunu olmasa da, komandanın kapitanı olub və hakimlərlə mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Təəssüf ki, onun futbolçu kimi karyerası istədiyi kimi alınmayıb. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı olub. Bununla belə o, futboldan ayrılmaq istəməyib və sonradan hakim kimi fəaliyyətə başlayıb.

Onun hakim kimi ilk dəfə oyuna çıxmasının maraqlı tarixçəsi var. Belə ki, 1951-ci ildə Bakı kuboku uğrunda “Dinamo”-“İnşaat” matçına hakim gəlib çıxmır və nəticədə 26 yaşlı gəncə oyunu idarə etmək təklif olunur. T.Bəhramovun ilk qarşılaşması qalmaqalla nəticələnir. O, ilk sınaqdan üzüağ çıxmasa da, 6 aydan sonra Respublika birinciliyində hakim kimi debüt edir. 1952-ci ildə Respublika dərəcəli hakim adını alan Bəhramov 2 il sonra Futbol üzrə SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edir. Artıq ədalətli hakim kimi tanınmağa başlayan T.Bəhramov həmin il “Neftçi” və “Efiopiya” yığmaları arasında yoldaşlıq oyununu da idarə edir.

O, SSRİ çempionatının güclüləri dəstəsində 3 yaşında debüt edib. Daim prinsipallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyində ən yaxşı hakimlərindən birinə çevrilir. Həmin dövrdə T.Bəhramov Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb. T.Bəhramov 1963-cü ildən etibarən 13 il ardıcıl keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə o, ümumilikdə moskvalı Kazakovdan geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayıb. T.Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alıb. 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsverçrə-İspaniya) baş hakim, iki görüşdə (Argentina-İsveçrə və İngiltərə-Uruqvay) isə laysman kimi meydana çıxıb.


T.Bəharmov beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənib. O, iki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Nikolay Latışevdən sora FİFA Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, UEFA Avropa Çempionatının final oyununun idarə edən birinci sovet hakimi olub. O, 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.
1970-ci ildə Meksikada keçirilən düya çempionatında da T.Bəhramov 3 oyunda hakimlik edib. 1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ dünya yığması ilə qarşılaşıb və həmin görüşü də T.Bəhramov idarə edib. Təəssüf ki, Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidaşmalı olub.

Hakimlikdən sonra 1975-ci ildə yenidən “Neftçi”yə qayıdan T.Bəhramov 3 il komandanın ikinci məşqçi hakimi kimi fəaliyyət göstərib. O, həmçinin “Neftçi”nin rəisi vəzifəsində də çalışıb. T.Bəhramov 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyyəsi və idman kafedrasının müdiri işləyib. 1962-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.
1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirən T.Bəhramov dünyasını dəyişib.

Allah rəhmət eləsin!
Text-to-Speech

DİNLƏ






Şərh yaz