Axtarış...

Heç bir oyuna çıxmadan istefaya göndərildi

Ötən ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi təyin olunan İvan Yovanoviç istefaya göndərilib.

Qol.az federasiyanın saytına istinadən xəbər verir ki, serb mütəxəssislə müqavilə ləğv olunub.

Qeyd edək ki, İ.Yovanoviç yığma ilə heç bir oyuna çıxmamışdı. O, mart və iyun aylarında oynanılması planlaşdırılan, amma təxirə salınan DÇ-2022-nin və Asiya kubokunun təsnifat mərhələləri üçün milliyə baş məşqçi təyin olunmuşdu.



Şərh yaz